Ürək minlərlə ildir insanlar tərəfindən duyğularla, xüsusən də sevgi ilə əlaqələndirilir. Halbuki, indi əldə etdiyimiz məlumatlar emosiyaların beyində yarandığını göstərir. Bəs, duyğuların yaranmasında ürəyin hər hansı rolu varmı?

Ürək bəlkə də bədənimizdəki ən vacib orqandır. Ürək qanın bütün qan dövranı sistemi boyunca hüceyrələrə, toxumalara və orqanlara daşınmasına imkan verir. Beləliklə, bədənin tənəffüs yolu ilə enerji istehsal etməsi üçün ehtiyac duyduğu oksigen və qidalar bədənin hər nöqtəsinə çata bilir. Buna görə də ürək dayandığı zaman orqanlar öz funksiyalarını yerinə yetirmək üçün lazım olan enerjini istehsal edə bilmirlər. Duyğular əvvəlki təcrübələrimizə əsaslanaraq ətrafımızdakı situasiyaları və stimulları qabaqcadan görməyə və qiymətləndirməyə imkan verən duyğu təcrübələridir.
Duyğularımız düşüncələrimizi və hərəkətlərimizi istiqamətləndirir. Emosioal vəziyyətlər də bədənimizdə fizioloji dəyişikliklərə səbəb olur. Məsələn, qorxu hiss etdiyimiz zaman bədənimizdə adrenalin, kortizol kimi stress hormonları ifraz olunur, ürək döyüntüləri yüksəlir, nəfəs alırıq. Beləliklə, bədənimiz döyüş və ya uçuş reaksiyası ilə cavab verməyə hazır olur. Beynin müxtəlif bölgələrinin (məsələn, amigdala, prefrontal korteks, singulat korteks, hipokampus və bazal qanqliya) duyğuların meydana gəlməsində rol oynadığı düşünülür.
Məlumdur ki, qorxu və narahatlıq hissləri ürək döyüntüsünü artırır. "Nature" jurnalında dərc edilən son araşdırmada ürək döyüntüsünün artmasının narahatlıq kimi davranışlara səbəb olduğu aydınlaşıb. Tədqiqatda siçanların ürək döyüntüsü xarici bir stimulla artırılmış və siçanların narahatlıq sərgilədiyi müəyyən edilmişdir. Tədqiqatçılar bu nəticələrin ürəyin emosional vəziyyətlərdə rolu olduğunu ifadə edə biləcəyini və bu məlumatların panik pozğunluğu kimi psixoloji problemlərin müalicəsində istifadə edilə biləcəyini düşünürlər.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
