Məşhur konkisürən Pyotr Çernışev çətin anlarda həyat yoldaşı Anastasiya Zavorotnyukun sevgisinə və dəstəyinə görə pərəstişkarlarına və jurnalistlərə təşəkkür edib. O, həyat yoldaşının ölümü barədə ilk dəfə "NEWS.ru"-ya müsahibəsində danışıb.

Vida və dəfn mərasimindən sonra göz yaşlarını güclə saxlayan Zavorotnyukun əri onunla vidalaşmağa gələn hər kəsə təşəkkür etməyə güc tapıb. O qeyd edib ki, aktrisa hər zaman özünə olan diqqəti yüksək qiymətləndirib. "Bu gün gələnlərə sevginiz üçün təşəkkür edirəm. Əminəm ki, indi o, bunu yuxarıdan görür və hər şeyin yaxşı olduğuna sevinir”, - Çernışev bildirib.
Daha əvvəl bildirilmişdi ki, Çernışev Zavorotnyukun dəfn mərasimində emosiyalarına hakim ola bilməyib. Sənətçi ilə sonuncu vidalaşan o olub və cəsədinin olduğu tabut məzara endirilməmiş onun yanında oturaraq ağlamağa başlayıb.
Zavorotnyukun dəfn mərasimi Moskvanın Troekurovskoye qəbiristanlığında baş tutub. Bundan əvvəl Pokrovski monastırında Zavorotnyukla vida mərasimi keçirilib. Sənətçi mayın 30-da dünyasını dəyişib. Onun 53 yaşı var idi.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
