"İncəsənətin inciləri" rubrikası Realizm dövrünün qısa icmalını təqdim edir.
Realizm dövrü XIX əsrin ortalarından etibarən əsasən Avropa sənət və ədəbiyyatında görünməyə başlayan bir hərəkatdır. Bu dövr obyektiv realitiyanı, müşahidələri və sosial məsələləri təsvir etməyə diqqət yetirir.
Realizm dövrünün əsas xüsusiyyətlərindən biri, həyatın mənəvi və maddi tərəflərini doğru, obyektiv bir şəkildə təsvir etməsidir. Rəssamlar və yazıçılar, sosial mənsubiyyət, əhalinin günlük həyatı, işlər dünyası və digər müxtəlif mövzulara diqqət yetirirlər. Realist rəssamlar, portretlər, peyzajlar və həyatın digər aspektlərini sadə və obyektiv bir şəkildə ifadə edirdilər.
Rəssamlıq sahəsində realizm dövrü fotoqrafik dəqiqliklə rəssamlıq təcrübəsini təmsil etmək üçün hər şeyin mümkün qədər doğru və detallı bir şəkildə təsviri ilə məşhurdur. Rəssamlar gündəlik həyatın sahnələrini, işçilərin və kənd sakinlərinin işini, şəhərin atmosferini və digər müşahidələri obyektiv və detallı bir şəkildə təsvir esiblər.
Ədəbiyyat sahəsində realizm sosial məsələləri, insanın psixologiyasını və həyatın reallığını vurğulamaqla məşğul olur. Əsas məqsədi, əhali arasındakı mənsubiyyəti və insanın həyat tərzini doğru bir şəkildə təsvir etməkdir. Bu dövrün ən məşhur ədəbiyyat nümunələrindən biri, Fransız yazıçısı Gustave Flaubert'in "Madam Bovary" romanıdır.
Realizm, romantik idealizmə qarşı çıxış və mədəniyyət tərəqqiyyatının tərəqqisində bir addımdır. Bu dövr, sənət və ədəbiyyat sahəsində obyektivliyin və realitiyanın əhəmiyyətini təsdiq edib.
Mənbə: Oggusto
Tərcümə etdi: Gülay Qəribova
