Bu gün:

Kakao qabığından hazırlanan şokalad


"Nature Food"-da dərc olunan hesabata görə, kakao qabığının pulpasını və qabığını pürəsi ilə qarışdıraraq, alimlər şokoladdakı şəkəri əvəz edə biləcək şirin və lifli gel hazırlayıblar. Bu “bütün qida” yanaşması adi şokoladdan daha qidalı bir məhsul yaradır və daha az torpaq və su istifadə edir.

"ETH Zürich"in qida texnoloqu və tədqiqatın aparıcı müəllifi Kim Mişra, "Kakao meyvəsi əsasən balqabaq kimidir və biz hazırda yalnız toxumlarından istifadə edirik"-dedi. "Ancaq, bu meyvədə bir çox başqa gözəl şeylər var".

Tədqiqatçılar kakao meyvəsinin tullantı ətindən və şirəsindən ənənəvi olaraq istifadə edilən toz kristal şəkər əvəzinə şokoladın üzərinə əlavə oluna bilən gel hazırlamaq üçün istifadə ediblər. Adətən, "şokoladın içinə nəm daxil etmək tamamilə qeyri-mümkündür, çünki siz onu mahiyyətcə məhv edirsiniz". “Biz şokolad istehsalının ən müqəddəs qaydalarından birinə hörmətsizlik etdik”-deyə, Kim Mişra əlavə edib.


O, nəticələrin şokoladı daha sağlam və dayanıqlı edə biləcəyini, eyni zamanda fermerlərə yeni gəlir axını verə biləcəyini söylədi.


Mənbə: theguardian.com

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et