Bu gün:

Ayın nüvəsiylə bağlı yeni kəşflər olunub


Elm adamları indiki dövrə qədər Ayın səthiylə bağlı bir çox kəşflər ediblər. Hazırda isə elm adamları Ayın nüvəsiylə bağlı tədiqiqatlar edirlər. Tədqiqatlar nəticəsində yeni kəşflər edildi. 

Alimlər Ayın daha bir sirrini açmış ola bilər. Yeni tədqiqatlar Ayın daxili nüvəsinin Yerdəki kimi möhkəm olduğuna dair sübutlar tapıb.

Fransanın Kot d'Azur Universitetinin və Göy Mexanikası və Efemer Hesablamaları İnstitutunun tədqiqatçıları Ayın daxili geoloji quruluşunu kəşf etmək ümidi ilə Ayın daxili hissəsinin modellərini hazırlayıblar. Onlar müəyyən etdilər ki, Ayın daxili nüvəsi Yerdəki kimi möhkəm olmaqla yanaşı, sıxlığı dəmirə yaxın olan metaldan ibarətdir. Onlar həmçinin müəyyən ediblər ki, nüvənin diametri təqribən 500 kilometr və ya Ayın ümumi eninin təxminən 15%-ni təşkil edir. Artur Briaud və həmkarları bu həftə Nature jurnalında işlərini dərc etdilər.

Yeni analiz həmçinin Ayın mantiyasının tərsinə çevrildiyini və ya bu təbəqənin soyuyub bərk kütləyə çevrilməmişdən əvvəl Ayın mantiyasındakı materialın hərəkət etdiyini sübut etdi. Alimlər bu mantiyanın fırlanmasını Ayın səthində niyə dəmir olduğunu izah edə biləcəyini irəli sürürlər. Mantiyanın fırlanması ilə isti materiallar səthə qalxdıqca, Aydakı vulkanik fəaliyyətlər də səthə dəmir çökdürdü və bu yataqlar da daha sonra soyuyaraq torpağa çevrildi.

Yeni araşdırmada, Ayın quruluşu və tarixi haqqında çox şey bildiyimizə baxmayaraq, bu əvvəlcədən mövcud olan bilikləri təsdiqləməyə və təkmilləşdirməyə kömək edir. NASA 2011-ci ildə Ayın dəmirlə zəngin, bərk nüvəyə, eləcə də maye xarici nüvəyə malik olmasını təklif etmişdi. O dövrdə tədqiqatçılar Ayın daxili təbəqələrinin necə göründüyünə dair bir şəkil çəkmək üçün Apollon missiyaları zamanı çəkilmiş seysmik məlumatlardan istifadə etmişdilər. Əvvəlki tədqiqatda daxili nüvənin təxminən 482 kilometr diametrə malik olduğunu təxmin edilirdi ki, bu da yeni tədqiqat qrupunun diametrinə olduqca yaxındır.

Tədqiqat qrupu, NASA tərəfindən toplanan materiallar kimi əvvəlcədən mövcud məlumat dəstləri əsasında Ayın daxili quruluşunun modellərini qurdu. NASA-nın GRAIL missiyasında toplananlar kimi Ayın qravitasiya sahələrinə dair fiziki müşahidələri uyğunlaşdıraraq, Briaud və həmkarları bu daxil edilmiş məlumat nöqtələrinə ən yaxşı uyğun gələn Ayın daxili geologiyasının simulyasiyasını inkişaf etdirdilər. Ən yaxşı matç komandanın təsvir etdiyi möhkəm daxili nüvəni əhatə edirdi. Ayın mantiyasının tərsinə çevrildiyi qənaətinə gəlmə prosesi də analoji tədqiqatda həyata keçirilib. Termodinamik məlumatlar əsasında komanda Ayın mantiyasının rəqəmsal modelini yaradıb və Ayın dəmirlə zəngin materialdan hazırlanmış daxili təbəqələrinin Ayın hazırkı vəziyyətinə ən yaxşı uyğunlaşdığı ssenariləri araşdırıb.

Əlbəttə ki, bu tədqiqat Ayın qəribə geologiyasını tədqiq edən yeganə son tədqiqat deyil. Mart ayında nəşr olunan bir araşdırmada Çinli tədqiqatçılar Ayın səthində şüşə muncuqlardan hazırlanmış nəhəng su anbarının yerləşdiyini sübut etdilər. Chang'e-5 aya enmə missiyası alimləri, Ay reqolitində tapılan kiçik şüşə muncuqların asteroidlərin təsirindən qaynaqlandığını və günəş küləyinin suyu saxlaya biləcəyini irəli sürdülər.

Mənbə: Chip.com.tr

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et