Bu gün:

Əməliyyatda anesteziyanın pis təsirləri olurmu?


Anesteziya sözünün mənası, “xəstənin ağrı hiss etməməsi” deməkdir. Anesteziya, xüsusilə, cərrahi müdaxilə zamanı və müdaxilədən sonra anestezioloq tərəfindən verilən dərmanların köməyi ilə xəstənin ağrı hiss etməməsi deməkdir.

Bəzi insanlar üçün əməliyyatın ən qorxulu hissəsi anesteziyadır. Üç fərqli anesteziya növü var və onlardan yalnız birində huşsuz olursunuz. Bir çox insanın anesteziya dedikdə ağlına gələn ilk anesteziya növü ümumi anesteziyadır. Bu anesteziya əməliyyat zamanı xəstənin yatmasına şərait yaradır. Ümumiyyətlə geniş əməliyyatlar üçün üstünlük verilir. Həm də uzun, mürəkkəb və həssas hallarda seçilən anesteziya növüdür.

Lokal anesteziya, cərrahiyyə və ya digər prosedurlar zamanı ağrının qarşısını almaq üçün bədənin müəyyən bir hissəsinin uyuşdurulmasını əhatə edir. Məsələn, stomatoloqlar diş əməliyyatları zamanı ağızın bir hissəsini uyuşdurmaq üçün istifadə edirlər.

Regional anesteziya bədənin daha böyük bir hissəsində, məsələn, qol və ya ayaqda və ya belin altında olan ağrıları bloklayır. Ən ümumi nümunə, doğuş zamanı ağrının qarşısını alan epiduraldır.

Anesteziya çox təhlükəsiz olsa da, əməliyyat zamanı və sonrasında yan təsirlərə səbəb ola bilər. Anesteziyanın əksər yan təsirləri yüngül və müvəqqəti xarakter daşıyır, lakin daha ciddi yan təsirlər ola bilər ki, onları əvvəlcədən bilmək və lazım gələrsə hazırlaşmaq lazımdır.

Ümumi anesteziyadan sonra tənəffüs yollarının səbəb olduğu ürəkbulanma, qusma, boğaz ağrısı və ağız quruluğu, titrəmə, titrəmə, yuxululuq və əzələ ağrısı kimi hallar tez-tez baş verə bilər, lakin bunlar olduqca müvəqqətidir.

Bu yan təsirlər müxtəlif dərmanlar və tətbiqlərlə asanlıqla idarə olunur və xəstə qida və maye qəbul etməyə başlayaraq bu mərhələləri sürətlə aşır. Əksər halda, ümumi anesteziya tez keçsə də, əməliyyatdan dərhal sonra əsəbiləşə və ya mühakimə qabiliyyətini itirə bilərsiniz.

Xəstə ilə bağlı bəzi xüsusi şərtlər ağırlaşma riskini artıra bilər.

Mövcud ürək, böyrək və ağciyər xəstəlikləri, yüksək təzyiq, alkoqolizm, siqaret, anesteziyada istifadə edilən maddələrə qarşı allergiya, şəkər xəstəliyi, anesteziyaya reaksiya öyküsü, artıq çəki kimi bəzi vəziyyətlər riski artıran faktorlar olaraq ifadə edilə bilər. Xəstənin yadda saxlaması lazım olan ən vacib şeylərdən biri əməliyyatdan sonra ciddi fəsadların yaranma ehtimalını gözləmədən lazımi müayinədən keçməsidir. Əgər ciddi və ya həyat üçün təhlükə yarada biləcək bir komplikasiya ilə qarşılaşdığınızı düşünürsünüzsə, gecikmədən dərhal tibbi yardım axtarın.

Anesteziyanın yan təsirlərinin qarşısını almaq üçün edilə biləcək ən əhəmiyyətli işlərdən biri də əməliyyat zamanı anestezioloqun olmasıdır. Həkim anestezioloq anesteziya, ağrının idarə edilməsi və kritik qayğı sahəsində ixtisaslaşmış tibb həkimidir. Əməliyyatdan əvvəl xəstənin anamnezi, sağlamlıq vərdişləri və həyat tərzi anestezioloqla müzakirə edilməlidir. Bu məlumat həkimə xəstənin anesteziyaya necə reaksiya verə biləcəyini bilməyə və yan təsirlərin riskini azaltmağa kömək edir.

Plastik cərrahiyyə əməliyyatı etdirməyi düşünən şəxs məsləhətləşmə zamanı öz xəstəlik tarixini və mövcud sağlamlıq problemlərini ətraflı şəkildə həkimi ilə bölüşməlidir. Bəzi xəstələrdən əməliyyatdan əvvəl əlavə müayinələr tələb oluna bilər və müxtəlif sahələrdən mütəxəssis həkimlərin əməliyyata icazə verməsi tələb oluna bilər.

Mənbə: oreroglu 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et