Bu gün:

Transilvaniyanın ən yaxşı qorunan orta əsr qalası: Rupea


Rupea qalası Rupea şəhərində, Braşov, Rumıniyadakı Kohalm təpəsində, qədim Dacian müdafiə qalasının xarabalıqları üzərində yerləşir. 

Bazalt qayası üzərində tikilmiş bu qədim və möhtəşəm orta əsr qalası Transilvaniyanın ən qədim arxeoloji xarabalıqlarından biri kimi tanınır.

Hündürlüyünə və yerləşdiyi yerə görə geniş bir ərazini təşkil edir və ümumi ərazisi 11 hektardır. Həm müdafiə, həm də müşahidə məqsədləri üçün istifadə olunurdu. Strateji yerləşməsi sayəsində qala tarix boyu bir çox müharibə və münaqişələrə şahidlik edib.

İlk dəfə 1324-cü ildə yazılı qeydlərdə görünən qalanın Romalılar tərəfindən fəth edilmiş köhnə Daçya müdafiə qalasının xarabalıqları üzərində inşa edildiyi güman edilir. 14-15-ci əsrlərdə Sakson köçkünləri tərəfindən genişləndirilən qala 1643-cü ildə baş verən böyük üsyandan sonra əhəmiyyətli dərəcədə zədələnib. 

Zamanla çoxlu hücumlara və dağıdıcı yanğınlara məruz qalan qala 1716-cı ildə vəbadan qaçan insanlar üçün sığınacaq kimi xidmət etmiş, 1790-cı ildə isə tamamilə tərk edilib.

Qismən tərk edilmiş qala 1790-cı ildə böyük bir fırtına nəticəsində daha da zədələnib. 1838-ci ildən sonra yerli camaat tərəfindən tarixi abidə kimi qorunub bərpa edilən qala bu gün Transilvaniyada ən yaxşı qorunan orta əsr məkanlarından biri və Rumıniyanın tarixi və mədəni irsinin qorunub saxlanması üçün mühüm simvol hesab olunur.

Mənbə: arkeofıli

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et