Bu gün:

Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?


Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?

Mao Şinq Niyə görə, insan görmə qabiliyyətini yaxşılaşdırmaq üçün düzgün qidalar yeməli, gözlərini məşq etdirməli və bolca dincəlməsini təmin etməlidir. Bəzi həkimlər gözlərə qan axını və akupunkturu artırmaq üçün masaj etməyi məsləhət görürlər. Dr. Şing Ni qeyd edir ki, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ideal olan bəzi qida maddələrinə antioksidantlar, kükürd, lesitin, DHA, antosiyanin və A, C və E vitaminləri daxildir. Göz məşqləri ilk növbədə səhər və ya yatmazdan əvvəl edilə bilər. 

Ovucları bir-birinə sürtərək qızdırdıqdan sonra gözlərin üzərinə qoyun, beş saniyə gözləyin və üç dəfə təkrarlayın. Başqa bir göz məşqi, daha 10 dəfə saat yönünün əksinə hərəkət etməzdən əvvəl gözləri yavaş-yavaş saat əqrəbi istiqamətində 10 dəfə çevirməkdir. Dr. Şinq Ni həmçinin qeyd edib ki, bol yatmaq gözlərin ümumi sağlamlığı üçün vacibdir. Hər 50 dəqiqədən bir kompüter ekranı qarşısında və ya oxuyarkən gözlərin 10 dəqiqə dincəlməsi ən yaxşısıdır.


Tərcümə etdi: Zəhra Niftiyeva

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et