Niyə görmə qabiliyyəti yaş keçdikcə pisləşir?

Gözün əsas hissələri zamanla və uzunmüddətli istifadə ilə funksionallığını itirdiyindən insanda görmə qabiliyyəti pisləşir. Gözün müəyyən bir hissəsinin funksiyasının azalması ilə bağlı problemlərə misal olaraq, gözün linzalarında elastikliyin itirilməsinin nəticəsi olan yaxındangörmə (başqa cür presbiopiya kimi tanınır) və kiçik mətni oxumaq daxildir. Yaşla bağlı xəstəliklər də torlu qişaya və optik sinirə zərər verə bilər, ancaq yaş tək gözün bu hissələrini mütləq zədələmir.
İnsanın görmə qabiliyyətinə töhfə verən gözün dörd əsas hissəsi var, o cümlədən buynuz qişa (işığın gözə daxil olduğu yer), linza (gözə daxil olan işığın fokuslanmasını təmin edən) və tor qişa (işığı siqnala çevirən(beyin üçün) və optik sinir (torlu qişadan beyinə siqnal ötürür). Bəzi hallarda gözün anatomiyasının sadə zədələnməsi görmə ilə bağlı problemlər yaradır. Məsələn, gözün buynuz qişası zaman keçdikcə cızıla bilər, bu da köhnə kameranın obyektivinin ağır istifadəyə məruz qalması və cızılması kimi görmə aydınlığı problemlərinə səbəb olur. Bununla belə, görmə ilə bağlı yaşa bağlı problemlər yaşa bağlı digər fiziki şərtlər də səbəb ola bilər. Məsələn, qan dövranı problemi və ya şəkərli diabeti olan insanlar görmə sinirləri və qan damarlarının zədələnməsi nəticəsində görmə problemləri ilə üzləşə bilərlər.
Mənbə: 411answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
