Bu gün:

Məhsulların qiymət dəyişimi- İqtisadi ekspert Asif İbrahimov ilə "1 sual 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı iqtisadi ekspert Asif İbrahimovdur. O, Azərbaycandakı məhsulların qiymət dəyişimindən danışıb.

-Azərbaycanda hər hansı məhsulların qiymətində artma və ya azalma olacaqmı?

Hazırda havalar isinməyə doğru gedir. Bəzi məhsulların bahalaşdığını görürük. Diqqət yetirmisinizsə, aprel-may aylarında pomidor və bu kimi bir çox məhsulların qiymətinin artdığını görürük. Bunun səbəbləri isə sentyabr-oktyabr aylarına hazırlıq prosesi getdiyi üçün kakabitlərin sökülməsidir. Ümumiyyətlə, qiymət artımından danışsaq, Azərbaycanda qiymət artımı tendensiya halını alıb. Bunun səbəbi hər hansı məhsulun ərsəyə gətirilməsindəki xərclərin çoxluğudur. Məhsulun daşınması, çatdırılması, istixanada istifadə olunan avadanlıqların qiymətinin artması və minimal əmək haqqının miqdarının artmasına görə bir çox məhsullarda artım müşahidə olunmağa başlayıb. Bu da, təbii ki, bütün məhsul və xidmətlərdə öz təsirini göstərir. Ötən illərlə müqayisədə bu ildə qiymətlərdə artımlar müşahidə olunacaq. Qida məhsulları tək kənd təsərrüfatı məhsullarından ibarət olmadığı üçün digər məsələlərə də diqqət yetirmək lazımdır. Məsələn, şəkər çuğunduru, yağ, ət məhsullarının qiymətində artım müşahidə olunur. Düşünürəm ki, sentyabra qədər də artım olunacaq. Bildiyimiz kimi dünyanın 25% taxıl ehtiyatını həyata keçirən iki ölkə arasında hazırda müharibə var. Biz bir çox məhsullarımızı Rusiya, Ukrayna, Belarusyadan əldə edirik. Bu məhsullar şəkər çuğunduru, qarabaşaq, dənli bitkilər, yağ, ət məhsullarıdır. Bu logistikanın, müharibənin yaratdığı fəsadlardır. Daxili tələbatımızı da yerli istehsalla qarşılaya bilmirik. Məsələn, keçən il 55, 50 qəpiyə aldığımız soğanı bu gün biz 1 manat 70 qəpiyə alırıq. Bu kimi məsələlərin qarşısının alınması üçün düşünürəm ki, 2-3 ssenarili dövlət proqramları hazırlanmalıdır. Yerli istehsalı artırmalıyıq. Yerli istehsalda xərclərin artımına gətirən amilləri nəzərə almalıyıq və nəzarət tədbirləri həyata keçirməliyik.

24.media.az xatırladır ki, Azərbaycanda son bir ildə qiymət artımı 13.4% olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymət artımı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,4% təşkil edib. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 %, qeyri-ərzaq məhsulları 7,6 %, əhaliyə göstərilmiş xidmətlər 10,2 % bahalaşıb. 2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 %, əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 % təşkil edib. Beynəlxalq Valyuta Fondu 2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 9%-ə düşəcəyini proqnozlaşdırıb. 

Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et