Bu gün:

Günəş tutulması psixologiyamıza necə təsir edir?


Xüsusilə Şimali Amerikada müşahidə edilən Günəş tutulması hadisəsi aprelin 8-də baş verib. Alimlər iddia edirlər ki, bu cür heyranedici kosmoloji hadisələr psixologiyamıza güclü təsir göstərə bilər.

Miladdan əvvəl Midiyalılar və Lidiyalılar arasında döyüş baş verib. Herodot yazıb: "Döyüş qızışdıqca, gündüz qəfildən gecəyə çevrilib. Midiyalılar və Lidiyalılar bu dəyişikliyi müşahidə etdikdə, döyüşə ara veriblər; sülh şərtləri ilə razılaşıblar". 

Araşdırmalar göstərir ki, bu heyrətamiz hadisənin şahidi olmaq bizi daha təvazökar olmağa və başqalarına qayğı göstərməyə ruhlandırır.

2017-ci ildə tutulmanın psixoloji təsirlərini araşdıran ABŞ-ın Cons Hopkins Universitetinin psixoloqu Sean Goldy deyir: “İnsanlar daha güclü yaxınlıq hissi yaşaya bilər, başqaları ilə daha sıx sosial əlaqələr qurduqlarını söyləyə bilərlər".

Mənbə: BBC

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et