Bu gün:

Hər gün duş qəbul etmək lazımdırmı?


İnsanlar tez-tez duş qəbul etmədiklərinə görə tənqidi şərhlərə məruz qalırlar.

Mikrobların yayılmasının qarşısını almaq üçün əlləri hər gün yumağın nə qədər vacib olduğu bilinir. Ancaq əksər sağlamlıq mütəxəssislərinin fikrincə, hər gün duş qəbul etmək fiziki sağlamlığa çox da kömək etmir. Əksinə, dərini quruda və immunitet sisteminə mənfi təsir göstərə bilər.

Araşdırmalara görə həm amerikalıların, həm də britaniyalıların yarısından çoxu hər gün duş qəbul edir.

8 il əvvəl “Guardian” qəzetinə bu mövzuda məqalə yazan Makkarti həftədə bir dəfə duşa girdiyini açıqlayıb. Yazı dərc olunandan sonra o, təhqir olunacağını, ələ salınacağını gözlədiyi bir vaxtda kimsə onun qulağına pıçıldadı ki, onlarda da eyni vərdiş var.

Peşəkar balet artisti olan Makkarti zədələnənə qədər normal duş qəbul edib. Ancaq Amazon tropik meşələrində yerli Yanomami xalqı ilə iki həftə keçirdikdən sonra ətraf mühitə töhfə vermək üçün Londondakı evinə öz yağış suyu kollektorunu və günəş isti su sistemini quraşdıraraq su istifadəsini məhdudlaşdırmağa başlayıb. Sonrakı illərdə o, daha az duş alıb. 

Duş qəbulu vərdişi tarixdə necə dəyişib?

Bristol Universitetinin Professoru Dale Southerton bu mövzunu araşdıran azsaylı mütəxəssislərdən biridir. Bədənimizi əvvəlkindən çox daha tez-tez yuduğumuzu vurğulayan Southerton, bu vərdişin son 100 ildə dəyişdiyini deyir.

Ənənəvi olaraq insanlar duş qəbul edərək özlərini təmizləyiblər. Bu mədəniyyət müalicəvi təsirləri ilə tanınan isti bulaqlardan müasir dünyanın köpük vannası zövqünə qədər uzanıb. Vanna qəbul etmək daha ucuz və ekoloji cəhətdən təmizdir, çünki daha az su istifadə olunur. Bəzi insanlar çirkli suyu boşalda bildiyimiz üçün duş qəbulunun daha gigiyenik olduğunu düşünür, bəziləri isə aralarında çox da fərq olmadığını düşünür.

Southerton deyir ki, 1950-ci illərdə İngiltərədə evlərin vanna otağına krantdan su girir, daha sonra isə duş başlıqlarından istifadə etməyə başlayırlar. 

Daha az duş almağın və problem yaşamamağın yolları:

1. Yalnız ehtiyac olduqda duş qəbul etmək

2. Günün başlanğıcı və ya sonu rejimini duş yerinə başqa bir vərdişlə dəyişdirmək

3. Diqqəti müəyyən əsas sahələrə yönəltmək

4.  Həmişə olduğu kimi əlləri yumağa davam etmək

Duş anlayışı zamanla yeni bir məna qazanıb. Məsələn, 1900-cü illərdə duşlar inkişaf edən reklam fəaliyyətinin diqqət mərkəzində idi. Southerton bildirir ki, o illərdə duş həm vaxta qənaət, həm də dincəlmə vasitəsi kimi bazara çıxarılıb.

1970-ci illərdə reklamlarda duş başlığı olan küvetin yalnız sadə təsviri göstərilib

1980-ci illərdə duş reklamlarında qadınların buxara bükülmüş və dincələn görüntülərindən istifadə edilib.

Zaman keçdikcə duş bir növ istirahət fəaliyyətinə çevrilib.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et