Heyvan növlərinin erkəklərinin dişilərindən daha böyük olduğunun düşünülməsi adi haldır. Ancaq bu fərziyyə bir çox heyvan növləri üçün doğru deyil.

Təbiətdəki bütün heyvan növlərində erkəklərin dişilərdən daha böyük olduğunu düşünə bilərsiniz. Bunun səbəbi, şir və qorilla kimi bir çox heyvanların erkəklərinin dişilərindən daha böyük olduğunu görməyimizdir. Ancaq bu, bütün məməlilər üçün belə deyil.
"Nature Communications"-da bu yaxınlarda dərc edilən bir araşdırmasında 429 məməlinin erkək və dişilərin orta bədən kütləsini təqdim edib. Növlərin təxminən 45%-də erkək fərdlərin, təxminən 16%-də isə dişi fərdlərin bədən kütləsinin daha çox olduğu aşkar edilmişdir. 39%-də erkək və dişi bədən kütlələri arasında heç bir fərq müşahidə edilməmişdir.
Məlum olub ki, ətyeyənlər və ya yırtıcı məməlilər, iribuynuzlu heyvanların erkəkləri ümumiyyətlə daha böyük bədən kütləsinə sahibdir və yarasa növlərinin yarısında dişilər ümumiyyətlə daha böyük bədən kütləsinə malikdirlər. Məməlilər sinfinin təxminən 40%-ni təşkil edən gəmiricilərdə erkək və dişi fərdlərin bədən kütləsi demək olar ki, eynidir. Məsələn, erkək şimal fili suitilərinin orta bədən kütləsinin dişilərdən 3,2 dəfə çox olduğu hesablanmışdır.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
