Bu gün:

Körpələrdə yaz allergiyasının əlamətləri hansılardır?


Körpələrdə yaz allergiyasının əlamətləri hansılardır?

Bahar yaxınlaşdıqca körpələrdə bahar allergiyası əlamətləri olduqca çoxalır. Yaz ayları təbiətin canlanması ilə bir çox insanı həyəcanlandırsa da, bəziləri üçün müxtəlif allergiyaların başlanmasına da işarə edir. Bu, yalnız böyüklər üçün deyil, körpələr üçün də doğrudur. Körpələrin həssas immun sistemləri ətraf mühitdəki dəyişikliklərə və xüsusilə də bahar allergenlərinə son dərəcə həssasdır. Buna görə də, valideynlərin körpələrdə yaz allergiyasını tanıması və bu prosesi düzgün idarə etməsi çox vacibdir.

Bahar allergiyası polen allergiyası olaraq da bilinən ümumi bir allergiya növüdür. Bu allergiya yazda bitkilərin tozlanma dövründə baş verir.

Körpələrin immunitet sistemi böyüklər qədər inkişaf etmədiyi üçün allergenlərə qarşı daha həssas olurlar. Körpələrdə yaz allergiyası genetik meyl nəticəsində baş verir. Valideynlərdən birinin və ya hər ikisinin allergiyası varsa, körpədə yaz allergiyası ehtimalı artır.

Yaz aylarında bitkilər çoxalmaq üçün tozcuqları havaya buraxırlar. Bu polenlər külək vasitəsilə geniş ərazilərə yayılır və nəfəs yolu ilə körpələrin bədəninə daxil olur. Tozcuqlar immunitet sistemi tərəfindən yad maddə kimi qəbul edildikdə, orqanizm bu polenlərə qarşı müdafiə mexanizmlərini işə salır. Bu müdafiə mexanizmi histamin kimi kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb olur və körpələrdə müxtəlif allergik reaksiyalar meydana gəlir.

Bundan əlavə, körpələrin immunitet sistemlərinin inkişaf mərhələsində olması da yaz allergiyasının səbəblərindən biridir. Körpələrin immunitet sistemi həyatının ilk illərində ətraf mühit faktorlarına qarşı uyğunlaşmağa çalışır. Bu dövrdə körpələrin orqanizmində bəzi maddələrə qarşı həddindən artıq həssaslıq yaranır.

Körpələrdə ən çox rast gəlinən yaz allergiyası əlamətləri:

Burun axması, asqırmaq, burun tıkanıklığı, gözlərdə sulanma halları olur. Körpələr burun tıkanıklığı səbəbindən rahat nəfəs ala bilmirlər, bu da onların narahat olmasına səbəb olur.

Bundan əlavə, burun axması və asqırma körpələrdə tez-tez görülən digər yaz allergiyası simptomlarıdır. Bu vəziyyət körpələrin tez-tez burunlarını əlləri ilə silməsinə və burun ətrafında qızartılara səbəb olur. Sulu gözlər və qaşınma da körpələrdə görülə bilən ümumi simptomlardır. Körpələr göz ətrafında qıcıqlanmaya səbəb olan qaşıntıları aradan qaldırmaq üçün əllərini gözlərinin üstünə qoyurlar.

Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et