24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dəri Zöhrəvi Dispanserində həkim dermotoveneroloq, dermatoloq kimi fəaliyyət göstərən Zakir Abıyevdir. O, bədəndəki xalları kəsdirmək barəsində danışıb.
Bədəndəki xalları kəsdirmək sağlamlıq üçün təhlükəlidirmi?
Xallar qanla təchiz olunmuş törəmələrdir. Ona bıçaq vurmaq, cərrahi əməliyyat aparmaq məsləhət görülmür. Lakin xal görünüşdə eybəcərlik və kobudluq yaradırsa, xüsusilə, qadınlar bundan narazı olduğu üçün cərrahi əməlliyata üz tuturlar. Bu cərrahi əməliyyatın müəyyən riskləri mövcuddur. Amma yaxşı cərrah onun üstəsindən layiqincə gələ bilir. Fəqət ümumi olaraq, bədənə çox eybəcərlik vermirsə, narahatlıq törətmirsə, xalın yandırılması, götürülməsi, üzərində cərrahi əməliyyat aparılması məsləhət görülmür.
Gülay Qəribova
