Bu gün:

Revmatizm hansı hallarda əlilliyə səbəb olur?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı revmatoloq Gülzar Sadıqovadır. O, revmatizmdən danışıb.


Hansı halda revmatizm əlilliyə səbəb olur?

Revmatizm A qrupundan olan beta-hemolitik streptokokların yaratdığı bir xəstəlikdir. Revmatologiyada 200-dən çox xəstəlik vardır. Bunlardan biri də rematizmdir. Amma digər revmatik xəstəliklər də mövcuddur. 200-dən artıq xəstəliklər qrupu vardır ki, bu revmatik xəstəliklərə aiddir. Amma tək revmatizm haqqında danışırsıza, bu ürək qapaqlarının zədələnməsi üstünlüyü ilə gedir. Ürəkdə mitral qapağın dəliyi, mitral qapağı çatışmazlığı, mitral qapaq qüsuru, mitral dəliyin stenozu, aortal qapağın çatmamazlığı, aortal qapaq qüsuru kimi defektlər verə bilər. Təbii, əsasən, ən qorxulusu mitral qapağ çatmamazlığıdır. Çünki burda arterial qanla venoz qan qarışmış olur. İnsanda da bu ən ağır hallarda hətta ölümə gətirib çıxara bilər . Bu elə bir xəstəlikdir ki,ürəyə qüsur verə bilər. Ən ağır hallarda ölümlə nəticələnir. Yüngül variantlarda xəstə müəyyən yaşa qədər yaşayır, yenə də cərrahi müdaxilə olmalıdır. Cərrahi müdaxilənin məqsədi qapaq defektini ortadan götürməkdi. Belə hallarda, əlbəttə ki, insanın həyat keyfiyyəti artmış olur. Ürək qapaq qüsurları yəni revmatik qüsurları olan xəstələrdə, uşaqlarda inkişaf çox geriləmiş olur digər uşaqlardan fərqli olaraq. Ona görə bu zamanında antibiotik terapiyası olunmalıdır. Vaxtlı-vaxtında müalicə olunmalıdır. Hətta bu müalicə insanın həyatı boyu davamlı olaraq aparılmalıdır. Ağır hallarda cərrahi müdaxiləyə gedilməlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et