Bu gün:

Yapon mətbəxi


Dünyanın ən maraqlı mətbəxlərindən biri Yaponiya mətbəxidir. O, çox müxtəlif, füsunkar görünüşlü, son dərəcə təbii, eyni zamanda, organizm üçün kifayət qədər xeyirlidir.

Tempura yapon mətbəxinin ən məşhur və dadlı yeməklərindən biridir.  Dəniz məhsulları, tərəvəz və ya çörək qırıntılarına batırılmış göbələklərin tavada qızardılması ilə hazırlanan tempura reseptindən də anlaşılacağı kimi kifayət qədər ləzzətli təamdır. 

Tempura haqqında XVI əsrdə portuqallar tərəfindən Yaponiyaya gətirildiyi barədə məlumatlar olsa da, bu gün bütün dünyada Yapon yeməyi kimi qəbul edilir və tanınır. 

Yapon mətbəxinin məşhur ləzzətlərindən biri olan onigiri suşidən hazırlanır düyü qurudulmuş dəniz yosunu ilə örtülmüş və ortada Yapon gavalısı, toyuq, qızılbalıq və s. mövcuddur.  

Çin mənşəli bir ləzzət olan ramen əslində şorbada verilən əriştədir. Yapon mətbəxinin məşhur ləzzətlərindən biridir və onun şorbası ümumiyyətlə bulyonla hazırlanır. Dilimlənmiş ət, qurudulmuş dəniz yosunu, yaşıl soğan və qarğıdalı kimi əlavələrlə də verilir.  Bu gözəl dad Yaponiyanın hər bölgəsində fərqli xüsusiyyətlərə malikdir. Miso soya, düyü və ya arpanın duzlu fermentləşdirilmiş versiyası və ko-ji adlı göbələk növü ramendə tez-tez istifadə olunan inqrediyentlərdir. 

Mənbə: hüriyyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et