Bu gün:

Budama xəstəliyi


"Budama xəstəliyi" olaraq da bilinən Buerger xəstəliyi adətən siqaret çəkən kişilərdə yaranan bir növ periferik arteriya xəstəliyidir.Xüsusilə qol və ayaqlarda damarların tıxanmasına səbəb olan bu xəstəlik müalicə edilmədikdə və ya pasient siqareti atmadıqda qan dövranına mənfi təsir edərək toxumaların oksigen çatışmazlığına səbəb ola bilər. Nəticədə əzaların amputasiyası kimi ciddi və həyati təsiri olan əməliyyatlar yeganə müalicə yolu ola bilər. Siqareti tərgitmək xəstəliyin inkişafını dayandırmağın yeganə yoludur. Bu səbəbdən siqaret çəkən fərdlər özlərini bu xəstəliyə yoluxmaqdan qorumaq üçün bu vərdişdən tez bir zamanda imtina etməli, mövcud xəstələr isə xəstəliklərinin ciddi sağlamlıq problemlərinə səbəb olmasının qarşısını almaq üçün bu vərdişi ən qısa zamanda dayandırmalıdırlar.

 Buerger xəstəliyi nədir?

Buerger xəstəliyi qol və ayaqların arteriya və venalarında baş verən nadir xəstəlikdir.  Elmi olaraq tromboangitis obliterans olaraq da bilinən buerger xəstəliyində qan laxtalarının əmələ gəlməsi səbəbindən damarlar iltihablanır, şişir. Bir müddət sonra bu vəziyyət dəri toxumalarını zədələyir və gələcəkdə infeksiyayadan qanqrenaya qədər irəliləyəcək ciddi fəsadlara gətirib çıxarır.  Buerger xəstəliyi ilk növbədə əllərdə və ayaqlarda baş verir.  Buerger xəstəliyi demək olar ki, bütün xəstələr üçün xarakterik simptomlara malikdir. Adətən xəstəliyin ilk əlaməti əl və ayaqlardan qollara və ayaqlara yayılan ağrıdır. Əvvəlcə daha yüngül olan ağrı, xəstəlik irəlilədikcə şiddətlənir. Ağrı gəzinti zamanı axsamağa səbəb ola bilər və onun intensivliyi istirahət zamanı daha çox hiss olunur. Xəstələr stresli və ya soyuq olduqda, ağrı dözülməz hala gələ bilər.  Bütün bunlarla yanaşı əl və ayaqlarda da bəzi dəyişikliklər baş verir. Əllərdə və ya ayaqlarda soyuqluq, uyuşma olur.

Mənbə: medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et