Bu gün:

Uğursuz estetik əməliyyata görə kim məsuliyyət daşıyır?


24Media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki qonağı Analitik Ekspertiza Mərkəzinin(AEM) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidlidir. O, uğursuz estetik əməliyyatlarda kimin məsuliyyət daşıdığı haqqında danışıb.

-Uğursuz estetik əməliyyata görə kim məsuliyyət daşıyır?

Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilkdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir. 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə tənzimlənir. İcra olunan əməliyyatın mənfi nəticələri və ağırlaşmaları, sağlamlıqda yaranan problemlər, dəyən maddi zərərə görə qanunvericilikdə həm tibbi xidmət göstərilən müəssisə, həm də tibbi yardım göstərən tibb mütəxəssisləri üçün müvafiq məsuliyyət nəzərdə tutulub. Vətəndaşlar belə hallar barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, həmçinin hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər.

Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et