
Aktyor Deniel Redkliff qarşıdan gələn Harry Potter serialı haqqında danışaraq, şouda epizodik rolda çıxış edib-etməyəcəyini açıqlayıb.
Bütün Harri Potter pərəstişkarları kimi, aktyor Deniel Redkliff də filmin fantastik dünyasının yenidən qarşıdan gələn "Harri Potter" seriyası vasitəsilə bir daha görməkdən həyəcanlanır.
Bu yaxınlarda Deniel Nyu Yorkda "Drama Liqası Mükafatlar"ına qatıldı və burada yeni layihə ilə bağlı həyəcanını bildirdi. “Dünyanın qalan hissəsi kimi, mən də tamaşaçı üzvü kimi izləməkdən çox məmnun oluram”.
Qarşıdan gələn serialda çəkilib-çəkilməyəcəyi ilə bağlı suala isə aktyor “Mən belə düşünmürəm” cavabını verib. "Düşünürəm ki, onlar çox ağıllı şəkildə təmiz fasilə vermək istəyirlər. Bilmirəm, bizim bu işdə nəsə etməmiz işinə yarayacaqmı”, - o əlavə edib.
Mənbə: Hindustan times
Tərcümə etdi: Nəzri Süleymanova
