Bu gün:

Mamontlar:tüklü nəhənglərin hekayəsi


Mamontlar müasir fil növlərinə bənzəyən nəhəng, nəsli kəsilmiş məməlilərdir. Onlar, ümumiyyətlə, şimal bölgələrinin, xüsusilə, Şimali Amerika, Avropa, Asiya və Afrikanın soyuq iqlimlərinə uyğunlaşdırılmışdır. Mamontların xarakterik xüsusiyyətlərinə iri bədənləri, uzun əyri dişləri və uzun tükləri daxildir. Tarixən mamontların çoxsaylı alt növləri olmuşdur, lakin ümumilikdə bu nəhəng heyvanlar buz dövründə və sonrakı dövrlərdə yaşamışlar.


Mamont növləri coğrafi cəhətdən fərqli bölgələrdə təkamül və şaxələnmişdir. Görkəmli mamont növlərinə M. primigenius (yəni, yunlu mamont), M. columbi (Kolumbiya mamontu) və M. exilis (cüce mamont) daxildir. Hər bir növ yaşadığı coğrafiya və ətraf mühit şəraitinə uyğunlaşıb.


Yunlu mamontlara adətən Avropa, Asiya və Şimali Amerikanın soyuq bölgələrində rast gəlinirdi və belə mamontlar tez-tez buz dövrü rəsmlərində və mağara sənətində təsvir edilirdi. Kolumbiyalı mamontlar ümumiyyətlə Şimali Amerikanın daha mülayim bölgələrində yaşayırdılar və yunlu mamontlardan bir qədər böyük idilər. Piqme mamontlar, Kaliforniya Kanal Adaları kimi təcrid olunmuş bölgələrdə inkişaf edən daha kiçik ölçülü mamont növləridir.


Mamontların yaşadığı dövrlər

Mamontlar pleystosen dövründə (təxminən 2,5 milyon ilə 11,700 il əvvəl) yaşamışlar, adətən buz dövrü adlanır. Bu dövr bütün dünyada soyuq iqlimin, buzlaqların genişlənməsinin və iqlim dəyişmələrinin tez-tez yaşandığı bir dövrü əhatə edir. Mamontlar bu sərt ekoloji şəraitə uyğunlaşdılar və geniş coğrafiyalara yayıldılar.


Elm aləmində mamontların niyə nəslinin kəsilməsi məsələsi hələ də tam aydın deyil. Bununla belə, faktorların birləşməsinin mamont populyasiyasına mənfi təsir göstərdiyi düşünülür. İnsan ovçuları ilə qarşılaşma, iqlim dəyişikliyi, yaşayış yerlərinin itirilməsi və genetik faktorların birləşməsi mamontların nəslinin kəsilməsinə səbəb ola bilər.


Xüsusilə Holosen dövrünün başlanğıcında, təxminən 11.700 il əvvəl, mamontlar da daxil olmaqla, bir çox böyük məməlilər bütün dünyada sürətlə azaldı və bəziləri tamamilə yox oldu. İnsanların ovçuluq fəaliyyəti və iqlim dəyişikliyi mamontların yaşayış şəraitini getdikcə çətinləşdirdi və nəticədə mamont növləri zamanla nəsli kəsildi.


Mamontlar dünya tarixində mühüm yeri olan nəhəng və təsirli heyvanlardır. Yunlu mamontların donmuş qalıqları xüsusilə Sibirin buzlu torpaqlarında aşkar edilmiş və elm dünyasına mamontların həyat tərzi, anatomiyası və hətta ətraf mühit şəraiti haqqında unikal məlumatlar vermişdir. Mamontlar hələ də dünya tarixində böyük tüklü nəhənglər kimi həm elmdə, həm də populyar mədəniyyətdə heyranedici irsə malikdirlər.


Mənbə: kampustenevar


Tərcümə etdi: Sevil Azər 


Paylaş
Şərh əlavə et