Bu gün:

Diogen sindromu nədir?


Emosional və iradi mərkəzlərin pozulmasına səbəb olan beynin üzvi patologiyasının bir növü insanda müxtəlif obyektləri toplamaq istəyini inkişaf etdirir.

İnsan başına gələn situasiyaları ayıq qiymətləndirmir, sağlamlığına və xarici görünüşünə etinasız yanaşır, başqalarının fikrinə biganə, məişət və ictimai məsələlərə laqeyd qalır.

1) irsi meyl (kompulsiv pozğunluqdan əziyyət çəkən insanlar üçün xarakterikdir);

2) mərkəzi sinir sistemində degenerativ proseslər (neyronlar öləndə baş verir, görünüşə laqeydlikdə əks olunur və səliqəsizliklə özünü göstərir);

3) stress (sevilən birinin itkisi);

4) alkoqol asılılığı (insanın hərəkət seçiminə, məlumatların işlənməsinə və sosial normalara uyğun davranışa nəzarət etməsinə cavabdeh olan frontal lob korteksində dəyişikliklərə səbəb olur);

5) təcrid (insanlarla uzun müddət canlı ünsiyyətin olmaması).

Bu xəstəlik aşağıdakı əlamətlərlə müəyyən edilə bilər:

1. Səliqəsiz görünüş

2. Koqnitiv-kompulsiv davranış:

Emosional fonun qeyri-sabitliyi özünü göstərir, heç bir səbəb olmadan əsəbilik, aqressivlik formalaşdırır. Məsələn, bu halda bir insan ona təmizlik işində kömək təklif edən tanışlarına qarşı mənfi düşüncə nümayiş etdirə bilər. 

3. Xəstənin antisosial qavrayışa köklənməsi 

Bir insanın fikirlərini bölüşməmək qorxusu səbəbindən insanlarla ünsiyyət qurması çətinləşə bilər.

4. Şəxsi gigiyenaya etinasızlıq

Bu halda şəxs çirkli paltar geyinməyi, duş qəbul etməməyi ayıb saymır.

Mənbə: Dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et