Bu gün:

Deviant davranış nədir?


Fərqli icmaların fərqli norma və davranış standartları var. Deviant termini, adətən mənfi xarakter daşıyır. İnsanlar bu terminlə çox vaxt qeyri-qanuni, əxlaqsız, patoloji bir şeyi nəzərdə tuturlar. Amma bu doğru deyil. Yenə də hər şey hansı standartlardan danışdığımızdan asılıdır. Məsələn, alkoqolizm, intihara cəhd, oğurluq adi insanların əksəriyyətində deviant davranış adlandırılacaq. Böyük ehtimal, karyera qurmaq, özünü təmin etmək və ailə qurmaq istəyi yetkinlik yaşına çatmayan cinayətkarların antisosial qrupunda deviant davranış kimi qiymətləndiriləcə.

Cəmiyyət adətən təcrid, sanksiyalar, mənəvi qınama və cinayət təqibi yolu ilə deviant davranışı cəzalandırır. Əgər kiminsə davranışı müəyyən cəmiyyətdə qəbul edilmiş qaydalara ziddirsə, lakin bu, cinayət xarakteri daşımırsa, bu halda həmin şəxsə məhəl qoymamaq, sataşmaq, açıq şəkildə münasibət nümayiş etdirməklə hədələmək olar.

Bəzən klassik ədəbiyyat oxumaq yeniyetmələr arasında deviant davranışa çevrilə bilər. Başqa bir nümunəsi qəhrəmanlıqdır, başqasının həyatını öz bahasına xilas etməkdir. Müsbət kənarlaşmalar adətən öyrənilmir. Mənfi cəhətləri daha çox öyrənilir. Mənfi deviant davranış cəmiyyət üçün təhlükə yaradır, bu isə o deməkdir ki, onun öyrənilməsi və qarşısının alınması lazımdır.

Hansı yaşda deviant davranış haqqında danışmaq olar?  

Körpələr və ya üç yaşlı uşaqlar deviant ola bilməzlər, sadəcə olaraq sosial normaları bilmirlər, onlardan əməl etməyi gözləmək olmaz. Ancaq 5 yaş və daha yuxarı yaşdan başlayaraq uşaqda başqalarına qarşı aqressivliklə ifadə olunan deviant davranışlar, onlara fiziki xəsarət yetirmə, intihara cəhd, depressiv düşüncələr görülə bilər.

Bu davranışın səbəbləri həm sosial, həm də tibbi ola bilər. Valideynlərin heç maraqlanmadığı uşaqlarda deviant davranış müşahidə edilə bilər.

Ekspertlər deviant davranış üçün məsuliyyətin böyük hissəsini ailənin üzərinə qoyurlar, lakin heç kim məktəbin, sinif yoldaşlarının, dostlarının, idman bölmələrindən məşqçilərin və uşağın ətraf mühitindən olan digər insanların təsirini inkar etmir.

Mənbə: Dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et