Bu gün:

Böyük piramidadakı sirli tikililər


Arxeoloqlar Misirin Böyük Piramidasının səthinin altında gizlənmiş sirli tikililər aşkar ediblər. Onların 4500 il əvvəl tikilmiş naməlum məzarla əlaqəsi ola bilər.

L formalı struktur səthdən 1,8 m aşağıda yerləşir. Qumla doludur. Tədqiqatçıların fikrincə, o, tikildikdən dərhal sonra doldurulub. Bu, xüsusi olaraq 9,1 m aşağıda yerləşən “kameraya” girişi bağlamaq üçün edilib.

“Anomaliyalara səbəb olan struktur qəbirə aparan əhəngdaşı tunelinin şaquli divarları və ya şaft ola bilər”,- deyə ekspertlər bildirib. Onlar qeyd ediblər ki, yeraltı məkan haqqında daha dəqiq məlumatların müəyyən edilməsi üçün əlavə araşdırmalar aparılmalıdır.

Yerə nüfuz edən radardan əlavə, arxeoloqlar tapıntını öyrənmək üçün ərazinin geoloji xüsusiyyətlərini xəritələşdirən elektrik tomoqrafiyası (ERT) adlı texnikadan istifadə ediblər. Quruluşlar görünən strukturların olmadığı, səthində sıxılmış qum olan, əsasən düz səthə malik “boş ərazidə” tapılıb.

Skanerlərdən istifadə edərək alimlər müəyyən ediblər ki, L formalı obyekt təxminən 9,8 m uzunluqda və 15 m enindədir. İkinci strukturun ölçüləri 9,8 m-dir və qum, çınqıl qarışığı və ya hətta açıq boşluq ola bilər. Tədqiqatçılar bu quruluşun adətən əhəngdaşı və ya çiy kərpicdən tikilmiş düz damlı yeraltı düzbucaqlı qəbir olan mastaba ola biləcəyini irəli sürürlər.

Məlum olub ki, piramida əslində radiodalğalarla qarşılıqlı əlaqədədir. Enerji "Kral Palatası"nın içərisində toplanır və sonra üçüncü "aldadıcı" kameranın yerləşdiyi təməl sahəsinə göndərilir. Piramida 333 və ya 230 metr uzunluğunda dalğalarla ən yaxşı şəkildə qarşılıqlı təsir bağışlayır. 

Mənbə: Dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et