Hindistanda çoxlu sayda sirli qalıqlar var. Bəzilərinin necə yaradıldığı belə məlum deyil. Qədim sənədlər çox vaxt ilahi mənşəyi göstərir, lakin müasir elm buna inanmır.
Parlaq nümunələrdən biri Dehli şəhərində, daha doğrusu, Qutub Minarının yaxınlığındakı küçədə yerləşir. Söhbət "Indra" Sütunundan gedir. Təxminən 1600 il ərzində təbii təsirin bütün hallarına (külək, su, isti) məruz qalmasına baxmayaraq səthində zərrə qədər pas belə yoxdur.
Bunun sirri məhsulun tərkibindədir. Sütun heç bir çirkləri olmayan atom dəmirindən yaradılıb. Belə bir saflığa nail olmaq demək olar ki, mümkün deyil və sütunun 1600 ildən çox əvvəl əridildiyini nəzərə alsaq, onun yaradılması üsulu prinsipcə tamamilə anlaşılmaz olur. Məsələn, bizim dövrümüzdə bütün texnologiyalar nəzərə alınmaqla oxşar dəmir əldə etmək üçün oksigensiz mühitdə, yəni vakuumda olmaq, həmçinin dəmirin molekulyar çökdürülməsi üçün texniki imkanlara malik olmaq lazımdır. Bu yolla çirkləri olmayan belə saf bir maddə əldə etmək mümkün olacaq.
Qutub Minarın həyətindəki stela yerdən 7,2 metrdən çox hündürlükdədir və spektral analizdən istifadə edərək bu yaxınlarda aparılan bir araşdırma inanılmazı ortaya qoydu. Sütun ən azı daha 31 metr yerin altına keçir. Yəni ümumi uzunluğu 38 metrdən çoxdur. Bütün bunlar yüksək ixtisaslaşmış texnologiya olmadan çıxarıla bilməyən ən təmiz dəmirdən hazırlanır.

Mənbə: Dzen.ru
Tərcümə etdi: Leyla Bayandurlu
