Bu gün:

İdeal diş fırçası necə olmalıdır?


İlk dəfə 1600-cü illərdə Çinlilər tərəfindən istehsal edilən diş fırçası hazırda müxtəlif firmalar tərəfindən istehsal edilərək müxtəlif forma və tiplərdə təklif edilir. Yaxşı bir fırça toxumalara zərər vermədən ağızın hər yerinə və bütün diş səthlərinə çata bilməli, lövhənin tam aradan qaldırılmasını təmin etməlidir. Bundan əlavə, uzun istifadə dövrlərinə tab gətirə biləcək bir quruluşda olmalıdır. 


Tarixən diş fırçası tükləri bir çox müxtəlif materiallardan istehsal edilmişdir, lakin bu gün bütün diş fırçaları yuvarlaq ucları olan neylon tüklərdən istifadə edir. Bu tüklər adətən fırçanın üzərində bir neçə sıra düzülür. Bu gün fırçalar bir çox fərqli dizaynda və geniş çeşiddə istehsal olunur. 


İdeal fırça:

Əllə asanlıqla tutulur,

Tətbiq olunan gücü fırça ucuna erqonomik şəkildə ötürür,

Yaş olanda əlindən sürüşmür və idarə etmək asandır.

Ümumiyyətlə, tük eyni səviyyədə kəsilir,

Fırça başlığında iti küncləri olmayan fırçalara üstünlük verilir.



Mənbə: idh.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et