24Media.az saytının "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı nevroloq Rəna Abbasovadır. O, solaxaylıqla bağlı sualları cavablandırıb.
- Solaxay insanların beyinləri digər insanlardan fərqlənir?
Solaxaylıq xəstəlik hesab olunmur. Solaxay olmaq bəzi işləri görməyinizi çətinləşdirsə də, özünüzü xüsusi hiss etdirir. Maraqlıdır ki, elm adamları solaxayların özünəməxsus xüsusiyyətlərə malik olduğuna inanırlar. Məsələn, bu insanlar daha müstəqildirlər, çünki onlar özlərini ətraf mühitə və sağ əlli insanlar üçün hazırlanmış cihazlara uyğunlaşdırmalıdırlar.
Həqiqətən, 1980-ci illərin ortalarına qədər uşaqlar belə sağ əlləri ilə yazmağı, çəkməyi və yeməyi yenidən öyrənməyə məcbur olublar. Heç kimə sirr deyil ki, inkişaf zamanı əllər arasında bütün motor funksiyaları qeyri-bərabər paylanır. Sağ əlindən daha çox istifadə edənlər sağ əlli, funksionallıqda sol əli üstünlük təşkil edən insanlar isə solaxay adlanır. Elələri də var ki, onlar üçün onların hansı əllə yazdıqlarının heç bir fərqi yoxdur, bu cür insanlara ikitərəfli deyilir. Əgər kiminsə həm sağ, həm də sol əlindən istifadə etməsi çətinləşirsə, bu adam ambisinistdir. Ən çox yayılmış nəzəriyyə sağ və ya sol əl üçün bütün üstünlüklərimizin beynimizin sağ və sol yarımkürələrinə bölünməsində günahkar olmasıdır. Məsələ ondadır ki, bir yarımkürə nitq mərkəzinə, eləcə də motor mərkəzinə cavabdeh olmalıdır. Çox vaxt nitqimizə nəzarət edən sol yarımkürədir və yazarkən sağ əlin hərəkətinə də cavabdehdir (burada iş çarpaz gedir: sol yarımkürə bədənin sağ tərəfinə cavabdehdir və sağ yarımkürə sola cavabdehdir.) Əgər insan solaxaydırsa, onun bu uyğun prosesləri tam əksinə idarə olunur.
Nuray Mürsəlova
