Bütün insanlar saç və dəri rəngindən asılı olaraq sarışın, qaraşın kimi fərqli xüsusiyyətlərə malikdirlər. Dərinizin rəngini bilmək düzgün makiyaj və geyim seçimində mühüm rol oynayır. Yazacağımız məlumatlar sayəsində dəri tipinizi öyrənə və uyğun qulluq edə bilərsiniz.
Dərinizin növü nədir?
Hər bir insanın dəri tipi fərqlidir. Buna görə də hər dəri ehtiyacı fərqlidir. Dərinin növü yaş, cins və genetik faktorlardan asılı olaraq müəyyən edilir. Müxtəlif hava şəraiti və xarici faktorlar dəri tipinin yaranmasına səbəb olan amillərdir.
Beş növ dəri növü var: həssas, yağlı, karma, normal və quru dərilər. Bundan əlavə, sızanaqlı və ləkəli dərilərdə olur.
Karma Dəri
Karma dəri dünyada ən çox yayılmış dəri növüdür. Dərinin həm yağlı, həm də quru olduğu birləşmiş dəri növüdür. Karma dəri T zonasının, yəni alın, burun və çənənin yağlı, digər nahiyələrin quru olduğu tipdir. Bu dəriyə sahib olanların T zonası parlaq görünür. Qarışıq dəri ləkələrə meylli dəridir. Baxımı çətin olan bir dəridir.
Həssas Dəri
Həssas dəri külək, rütubət, temperatur və UV şüaları kimi xarici faktorlardan asanlıqla təsirlənir. Ona mütəmadi olaraq qulluq etmək lazımdır. Dəri xarici faktorlardan mənfi təsirləndikdə üzdə qaşınma, quruluq, qırışlar və ləkələr kimi reaksiyalar yarana bilər.
Yağlı Dəri
Yağlı dəri dəridə sebum miqdarının artması nəticəsində yaranır. Sebum dərini daim nəm saxlayır. Dəridə həddindən artıq sebum, yəni nəmlik dərinin nəm balansını pozur. Sebum sayəsində dəri nəmli qalır. Dəri kifayət qədər sebum istehsal etmədikdə üzdə sebum əmələ gəlir. Yağlı dərisi olanların üzü parlaq olur. Üz təmiz olsa da, həmişə çirkli görünür. Buna görə də uyğun məhsullar istifadə edildikdə və müntəzəm olaraq saxlandıqda nəm balansı qorunur və normala qayıdır. Yağlı dəri tipləri su əsaslı məhsullardan istifadə etməlidir.
Quru Dəri
Quru dəri yağlı dərinin əksinədir. Dəridə nəm itkisi nəticəsində baş verir. Nəmliyini itirən dəri elastikliyini də itirir. Nəticədə dəridə qırışlar və dərin xəttlər əmələ gəlməyə başlayır. Daha tez-tez qış aylarında dəri baryerində çatlar artır və zaman keçdikcə ağrıyaraq qanaxmağa başlayır.
Quru dəri ən aşağı sebum nisbətinə malik dəri növüdür. Günəşdən və soyuqdan asanlıqla təsirlənirlər. Müntəzəm və düzgün qulluqdan sonra normal dəriyə qayıda bilər.
Normal Dəri
Normal dəri dərinin nəm və sebum balansının mütənasib olduğu dəri növüdür. Ancaq bu, normal dərinin qayğıya ehtiyacı olmadığı anlamına gəlmir. Normal dəriyə sahib olanların dərisi parlaq və sağlam olur. Normal dəri gec yaşlanan dəridir. Normal dəri tipi üçün nizamlı və düzgün qulluq edildiyində dəri yaş, genetik və ətraf mühit faktorları kimi faktorlara məruz qalmadan uzun müddət sağlam və parlaq xüsusiyyətini qoruyur.
Mənbə: mcakademi.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
