Bədənimiz gündəlik həyatda qarşılaşdığı bir çox vəziyyətə reaksiya verir. Bu reaksiyalara görə, insanın sağlamlığını qoruyarkən vəziyyətin daha yaxşı idarə edilməsi təmin edilir. Bədənin reaksiyası davamlı və ya qeyri-mütənasib olarsa, bədən sağlamlığı mənfi təsir göstərə bilər və bəzi sağlamlıq problemləri yarana bilər.
Stress. Bədəndə müəyyən bioloji, fiziki və idrak reaksiyalarının inkişafına təkan verən və insanı bir anlıq təhlükə və ya mübarizə tələb edən problemlə üzləşdirən şəraitdə baş verən vəziyyətə aiddir. Stressli bir vəziyyətdə, bədən mübarizə və ya uçuş reaksiyasını göstərərək özünü vəziyyətə hazırlayır. Buna görə də insan ya stressə səbəb olan vəziyyətlə mübarizə aparacaq, ya da bu vəziyyətdən uzaqlaşacaq. Gündəlik həyatda müxtəlif şərtlər səbəbiylə stress baş verə bilər. İctimaiyyət qarşısında danışmaq, işdə son günə qədər bir işi tamamlamaq, toy təşkil etmək, kədərli bir hadisə yaşamaq, ciddi fiziki travmaya məruz qalmaq kimi vəziyyətlərdə bədəndə stress reaksiyası yaranır. Ancaq, stress reaksiyasının qeyri-mütənasib inkişafı, stress vəziyyəti bitdikdən sonra stress reaksiyasının davam etməsi yaxud da tez-tez stress kimi hallarda bədən sağlamlığı mənfi təsir göstərməyə başlayır və bəzi pozğunluqlar yarana bilər.
Stressə səbəb olan nədir?
Stressli bir hadisə ilə qarşılaşdıqda, bədən stressli vəziyyətlə mübarizə aparmağa hazırlaşır və biokimyəvi hadisələr zənciri baş verir. Bu baxımdan stress zamanı orqanizmdə müxtəlif hormonlar ifraz olunur və hormonlarla bağlı bəzi fizioloji mexanizmlər həyata keçirilir. Stress yaşayan insanlarda aşağıdakı kimi bioloji reaksiyalar müşahidə edilə bilər:
İnsanın nəbzi sürətlənir, ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir.
Qan şəkərinin səviyyəsi yüksəlir.
İnsan özünü daha enerjili hiss etməyə başlayır, ətrafını dərk etməsi artır, konsentrasiyası güclənir.
Nəfəs alma sürətlənir.
Tərləmə artır.
Əzələlərə qan axını artır və insanın hərəkətliliyi asanlaşır.
Maddələr mübadiləsi sürətlənir və yağların yandırılması stimullaşdırılır.
Bu mexanizmlər orqanizm tərəfindən insanın stresli hadisələrin öhdəsindən gələ bilməsi üçün inkişaf etdirilsə də, stres reaksiyası qeyri-mütənasib şəkildə baş verərsə, stresli vəziyyətin aradan qalxmasına baxmayaraq, stress reaksiyası davam edərsə və ya stress tez-tez yaşanarsa, orqanizmdə bəzi problemlər yaranır. Bu problemləri aşağıdakı kimi ümumiləşdirmək olar:
Stress hormonlarının uzun müddət ifraz olunması səbəbindən qan təzyiqi yüksəlməyə başlayır.
Ürək-damar damarlarının zədələnməsi baş verə bilər və ürək-damar xəstəlikləri riski artır.
Qan şəkərinin səviyyəsi yüksək olaraq qalır.
Beyin damarlarında tıxanma və ya qanaxma riski artır.
Yuxu problemləri yarana bilər.
Uzun müddət yüksək qan şəkəri ilə çəki artımı baş verə bilər.
Psixoloji pozğunluqlar anksiyete pozğunluqlarını və depressiv əhval-ruhiyyəni tetikleyerek inkişaf edə bilər.
Həyat boyu ani stress vəziyyətlərində orqanizm tərəfindən inkişaf etdirilən stress reaksiyası fizioloji vəziyyət sayılır və normal şəraitdə sağlamlıq problemlərinə səbəb olmur. Kəskin stress kimi qəbul edilən bu vəziyyətdə orqanizm qeyri-adi reaksiya verərsə və ya bədən fiziki yaxud da zehni məhvə səbəb ola biləcək stressə məruz qaldıqda ciddi sağlamlıq problemləri yarana bilər. Kəskin stress dövri olaraq təkrarlanırsa, bədənin fiziki və psixi sağlamlığına mənfi təsir göstərə bilər.
Mənbə: medicana
Tərcümə etdi: Aynur Mikayılova
