Bu gün:

Hipomani nədir?


Hipomani bir insanın həddindən artıq aktiv və enerjili olduğu şəxsiyyət pozğunluğudur. Bu, maniyanın daha yüngül bir versiyası olan coşğulu və enerjili əhval-ruhiyyəni ifadə edir və bipolyar pozğunluğun potensial simptomudur. 

Hipomani olan insanlar gün ərzində həddindən artıq danışır, enerjisi və özünə inamı yüksək olur, aqressiv hərəkətlər və davranışlar sərgiləyir, adi haldan fərqli davranmağa çalışırlar. Adətən travma, yuxu pozğunluğu və maddə asılılığı kimi faktorların səbəb olduğu hipomaniya psixoterapiya və ünsiyyət üsulları ilə müalicə olunur. Lazım gələrsə, hipomaniyası olan insanlar da dərmanla müalicə edilə bilər.

Hipomani davranışını nümayiş etdirən bir insanda baş verən simptomlar, ümumiyyətlə, anormal xoşbəxtlik, həyəcan, həmçinin həddindən artıq özünə inam, danışıq qabiliyyəti, diqqət yayınmasının artması, yuxu ehtiyacının azalması və fərqlənmək cəhdidir. Hipomani xəstələrin müalicəsi prosesində psixoterapiya və bəzi psixoloji ünsiyyət üsulları sınaqdan keçirilir. Əhval pozğunluğunun şiddətindən asılı olaraq, bəzi insanlar antidepresanları və digər dərmanları da sınaya bilərlər. Bundan əlavə, həyat tərzində bəzi dəyişikliklər də hipomaniyanın təsirini azaltmaqda faydalı ola bilər. Tez-tez hipomaniyaya səbəb olan şərtlərə aşağıdakılar daxildir:

Bipolyar xəstəliyi olan bir ailə üzvü

Beyində kimyəvi pozulmalar

Travmalar (ölüm, xəstəlik, boşanma və s.)

Yuxu pozğunluqları

Maddədən sui-istifadə

Bəzi dərmanların yan təsirləri

Yüksək səviyyəli stressi idarə edə bilməmək

Mənbə: memorial

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et