Bu gün:

Başı qopan hamam böcəkləri necə yaşaya bilər?



Başımız bir şəkildə kəsilsəydi, bir çox səbəblərdən qısa müddətdə mütləq ölərdik. Bunu hamımız bilirik. Ancaq tarakanlar və hətta toyuq kimi bəzi heyvanlar bizə bəzi canlıların başsız yaşaya biləcəyini göstərir. 


Tarakanlardan başlayaq. Dözümlülükləri ilə məşhur olan hamamböcəyi, nüvə müharibəsindən sağ çıxa biləcək canlılar arasında tez-tez xatırlanır. Nüvə müharibəsindən sağ çıxacaqları bəlli olmasa da, çox sevmədiyimiz tarakanlar əslində super heyvanlardır. Çünki, bu canlılar başsız həftələrlə yaşaya bilirlər. Ancaq, başı kəsilən insanın ölməməsi mümkün deyil. Axı insanlarda başın kəsilməsi qan itkisinə və təzyiqin aşağı düşməsinə səbəb olur. Bu, oksigenin həyatı toxumalara daşınmasının qarşısını alır. Bundan əlavə, insanlar ağız və ya burunları ilə nəfəs alır və beyin bu kritik funksiyanı idarə edir. Baş kəsiləndə beyinlə əlaqə kəsildiyi üçün sağ qalmaq mümkün olmur. 



Mənbə: matematiksel.org

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et