Bu gün:

142 ildir tikilən kilsə-La Sagrada Familia


La Sagrada Familia (Müqəddəs Ailə) İspaniyanın Barselona şəhərində müasir memarlığın qabaqcıllarından biri olan Antoni Qaudi tərəfindən 1883-cü ildə qəbul edilmiş, lakin 1926-cı ildə tramvay altında öldüyü zaman yarımçıq qalmış kilsədir. Onun tikintisi hələ də davam edir.

Demək olar ki, bütün karyerasını bu binaya həsr etmiş Qaudinin tamamlandığını görə bilmədiyi iş indi böyük bir memarlıq qrupunun əlində tamamlanmasını gözləyir.

Sagrada Familia hekayəsinin başlanğıcı 1882-ci ilə təsadüf edir. Binanın ilk memarı Fransisko de Paula del Villar ilə kilsənin tərəfdarları arasında davam edən fikir ayrılıqları nəticəsində Qaudi 1883-cü ildə layihəyə cəlb olunub. Karyerasını o gündən ölümünə qədər bu quruluşa həsr edən Qaudinin yüz illik yarımçıqlıq dövrünü qabaqcadan görüb-görmədiyi bilinmir, ancaq 43 il davam edən işi ilə bağlı verilən suallara "İşəgötürənim vaxt tələb etmir" deyir. İlk tikiləndə inəklərin otladığı ərazidə yerləşən kilsə indi şəhərin ortasındadır.

Bu uzun proses zamanı tikinti dəfələrlə dayandırılır. 1926-cı ildə Qaudinin ölümündən sonra maliyyə çatışmazlığı və vətəndaş müharibəsinin başlaması səbəbindən tikinti ləngiməyə başladı. II. İkinci Dünya Müharibəsinin başlaması tikintiyə ikinci zərbə vurdu.

Üstəlik, memarın orijinal rəsmləri və maketləri ciddi şəkildə zədələnir və bundan sonra layihə qalan planların şərhi şəklində davam edir. Tikinti o qədər uzun çəkir ki, tikinti başa çatmamış binanın ilk hissələri bərpa edilməli olur. Bu, tarixdə tikintisi başa çatmamış bərpa edilmiş yeganə binadır.

Gaudi kilsəni üç fərqli fasad kimi dizayn etmişdir. Kilsənin tikilən ilk hissəsi "Nativity" fasadıdır.

Tikintisi bilavasitə Qaudinin nəzarətində olan bu hissə 1894-1930-cu illər arasında tamamlanıb. Məlumdur ki, Gaudi, İsanın doğulmasına istinad edən bir çox təfərrüatların yer aldığı bu fasadı ilk növbədə, bəlkə də tikintinin tamamlanmasını görə bilməyəcəyini düşündüyü üçün bitirmək istəyib.

Ən böyük və ən effektiv fasad olan Glory Fasadın tikintisinə 2002-ci ildə başlanılıb. İsanın müqəddəs izzətinə və bəşəriyyətin Allaha yüksəlməsinə istinad edən elementlərlə dolu olan bu fasad üçün 1936-cı ildə Qaudi tərəfindən hazırlanmış maketdən istifadə edilib.

Gaudinin ölümündən sonra müxtəlif elm sahələrindən olan peşəkarlardan ibarət komanda Sagrada Familia tamamlama layihəsini həyata keçirir. İndiki texnologiyalarla sürətləndirilən tikinti prosesinin 2026-cı ildə başa çatması planlaşdırılır.

Mənbə: onedio

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et