Bu gün:

Hansı şəxslər mezoterapiyadan istifadə edə bilməz?


24 media.az-ın "1 sual,1cavab" rubrikasının bu dəfəki müsahibi kosmetoloq Pərvanə Ələkbərovadır. O, mezoterapiya prosedurları haqqında danışıb.                   

- Mezoterapiyanın hansı istifadə hansi hallarda mümkündür?                          

Mezoterapiya vitamin növüdür. Əvvəlcə, dəri tipinə baxılmalıdır. Sonra dəri tipinə uyğun mezoterapiya seçilir. Mezoterapiya prosedurundan istifadə hər bir halda mümkündür. Sadəcə ağır xəstəliyi olan şəxslər istifadə edə bilməz. Dəri üçün düzgün mezoterapiya seçmək isə çox önəmlidir. Mezolift üz mezoterapisidir. Üz mezoterapiyası prosedurunda təbii maddələr dəriyə yeridilir. Bununla dərinin strukturu daha möhkəm olur, dəri sağlam,parlaq görünməyə başlayır. Saç mezoterapiyası saç tökülməsinin qarşısını alan, keçəlliyin müalicəsində də istifadə olunan prosedurdur, həmçinin mezoterapiya ilə kuperoz, rozasea, postakne izləri, ləkələr, çatlarla da mübarizə aparılır. Buxaq, sellülit, lokal piy yığıntılarına qarşı lipolitik mezoterapiya daha effektivdir. Botulotoksin preparatları ilə mimik qırışları yox edilir. Botulotoksin preparatları(Botox,Lantox,Dysport) istifadə etdikdə əzələlər yığılmır, dəridə qırışlar yaranmır. Prosedur zamanı pasientin vitaminlərə qarşı allergiya halı da müşahidə oluna bilər.

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et