Bu gün:

Həftədə 3 gün yuxusuz qalınan zaman bədəndə nə baş verir?


Həftədə 3 gün 6 saatdan az yatmış bir insanın idrak pozğunluqları, Alzheimer, yoluxucu xəstəliklər, hipertoniya, xərçəng, şəkər və ürək xəstəliklərinə qarşı həssaslığını artırdığına diqqət çəkən Dr.Sinan Akkurt, "24 saat yuxusuz qalan insanda qanuni spirt limitinin üstündə diqqət əskikliyi yaranır" deyib. Dr.Akkurt yuxu pozğunluqlarının müalicə edilməsi lazım olduğunu vurğulayıb. O, nizamlı və keyfiyyətli yuxunun qidalanma qədər insan sağlamlığında həlledici faktor olduğuna diqqət çəkib. Stress və travma səbəbiylə müvəqqəti yuxusuzluğun meydana gələ biləcəyini, ancaq bir ay və ya daha çox davam edən xroniki yuxu probleminin xəstəlik olaraq təyin olunduğunu qeyd edən Dr.Sinan Akkurt, “yuxusuzluq” xəstəliyinin müalicə edilmədiyi təqdirdə bir çox başqa xəstəliklərə səbəb ola biləcəyinə diqqət çəkib.

Doktor deyir ki, xroniki yuxusuzluq ümumi şikayət olsa da, çox vaxt ciddiyə alınmır. O bunun beyni vaxtından əvvəl qocaldan, Alzheimer, Parkinson kimi xəstəliklərə dəvət edən bir vəziyyət olduğunu vurğulayıb. Dr.Akkurt, “Yuxusuzluqdan əziyyət çəkən insanın yorğun hiss etməsinə baxmayaraq yuxuya getmə problemi var. Onun gecə yuxusu dəfələrlə kəsilir və səhər tezdən oyana bilər. Oyananda özünü rahat hiss edə bilmir. Gərgin əhval-ruhiyyə diqqəti cəmləmək və öyrənmək çətinliyi ilə müşayiət oluna bilər. Bu problemə məhəl qoymamaq əvəzinə həkimə müraciət etmək lazımdır. Çünki xroniki yuxusuzluğun yol qəzalarına səbəb olmaqdan tutmuş bir çox xəstəliyə meylli olmasına qədər hərtərəfli risk cədvəli var” deyib.

Mənbə: CNN türk

Tərcümə etdi: Pərvin Əhədov

Paylaş
Şərh əlavə et