Bu gün:

“Bu hallarda infakt baş verə bilər”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi kardioloq Şəmşir Vəliyevdir. O, infakt faktorundan danışıb.



-Bəzən bir az artıq hərəkət edəndə, çox pilləkən qalxanda ürək döyüntülərimiz artır, həyəcan hiss edirik. Bu faktlar gələcəkdə infaktla nəticələnə bilər?

Fiziki hərəkət zamanı, pilləkənlə qaldıqda, hər hansı idmanla məşğul olduğumuz zaman ürək döyüntülərimizin artmağı normaldır. Lakin bu hal infaktla nəticələnə bilərmi sualına cavab versək, deyərik ki, yaş 40-dan az olduqda infakt faktorunu, demək olar ki, müşahidə etmirik. Amma əvvəllər irsi anamlezində ürək-damar sistemi ilə bağlı problemi olan(ürək çatışmazlığı, keçmişdə infakt faktoru), hər hansı yanaşı xəstəliyi olan (şəkərli diabet, arterial hipertaniya) xəstələrdə fiziki hərəkət infaktla nəticələnə bilər. Buna görə də, biz pasientlərə, xüsusən də, yaşı 40-dan yuxarı olanlara məsləhət görürük ki, idmana başlamamışdan öncə kardioloji check up müalicəsindən keçsinlər. Məsələn, biz sitent implantasiya icra olunmuş, ürək qapaqlarının protezləşdirilməsi olan xəstələrə müəyyən fiziki hərəkətlərə məhdudiyyət qoyuruq.

Gülnisə Əfkari

Paylaş