Bu gün:

Allergiyanın hansı növləri daha çox yayılıb?


24 media.az-ın "1 sual,1cavab" rubrikasının bu dəfəki müsahibi allerqoloq Ramin Nərimandır. Mütəxəssis uşaqlarda müşahidə edilən allergiya haqqında danışıb.

 - Uşaqlarda allergiyanın hansı növü daha çox yayılıb və hansı allergiya testləri edilir?

Ümumiyyətlə, yaş dövründən asılı olmayaraq insanlarda istənilən allergik xəstəliklər müşahidə edilə bilər. Xüsusən, 5-7 yaşlı uşaqlarda qida allergiyası müşahidə edilir. 5-7 yaşlı uşaqlarda həzm sistemi tam formalaşmadığına görə, normadan kənar xəstəlik vəziyyəti baş verə bilər. Həmin vaxt dəridə səpki və qaşıntılar ola bilir. Ancaq bu hər zaman allergiya demək deyil. İnfeksiya, endokrin, dəri xəstəliklərində də bu hal müşahidə olunur. Həzm sistemi problemləri ilə bağlı səpki və qaşıntılar müşahidə edilərsə,belə hallar psevdoallergiya adlanır. Psevdoallergiya yalançı allergiya deməkdir. Bu xəstəliyin müalicə prinsipi allergiyadakından müəyyən qədər fərqlənir. Hər allergik xəstəliyin spesifik müayinəsi var. Uşaqlarda daha çox yuxarı tənəffüs yollarının allergik xəstəliyi müşahidə olunur. Xəstəliyi müəyyənləşdirmək üçün immunoqlobin E yoxlanılır, dəri sınaqlarından istifadə olunur. Digər müayinə metodları da var, amma dünyada bu iki metod daha çox istifadə olunur. Uşaqlarda və böyüklərdə allergik rinit, allergik konyunktivit xəstəliklərinə daha çox rast gəlirik. Allergik rinit, konyunktivit zamanı dayanmadan asqırma, burun tutulması, burun və gözdən su gəlməsi, boğulmalar müşahidə olunur. Bəzən bu iki hal eyni anda yaşana bilir. 3 yaşından aşağı olan uşaqlarda immunoqlobin E testi tətbiq edilir. Ancaq bu yaşlarda testin dəqiqlik göstəricisi çox az olur. Prik testin dəqiqlik göstəricisi isə 92-95%-dir. Bu müayinələr nəticəsində allergiyanın yaranma səbəbi müəyyən olunur.

Aynur Mikayılova

Paylaş
Şərh əlavə et