Bu gün:

Gənc dəri üçün tövsiyələr


Gənc dəri üçün tövsiyələr

Fiziki və mənəvi bütövlükdə gənc qalmaq əsas məqsəd olsa da, ən çox arzu olunan "dəri gəncliyidir".

Xüsusən də, qadınlar "yaşlı, qırışmış, qurumuş, şişmiş, sallanmış" dəriləri sevmirlər.

Omeqa-3 ilə zəngin balıqlardan daha çox faydalanın. Omeqa-3 yağ turşularından biri olan EPA-nın günəş işığı səbəbiylə dərinin qocalmasının qarşısını aldığı və mövcud qocalma əlamətlərini yüngülləşdirdiyi bilinir.

Yerli balıqlarımız arasında Omeqa-3-ün ən zəngin mənbələri skumbriya, hamsi və levrekdir. Sağlam dəri üçün heyvan zülalını qəbul etməlisiniz. Bu dəyərli qidadan məhrum olan dəri vaxtından əvvəl qocalır.

Toyuq və yağlı balıqları seçin. Yüksək antioksidant gücü olan meyvələrə üstünlük verin: Pəhrizinizə gavalı, üzüm, alma, çiyələk, böyürtkən, qaragilə, nar və albalı kimi yüksək antioksidan tərkibli dəriyə uyğun meyvələri daxil edin. Gavalıda proantosiyanidin, almada quercetin, üzümdə resveratrol var və bunlar dünyanın ən güclü antioksidantlarındandır.

Pəhrizinizə balqabaq və yerkökü də əlavə edin. Mükəmməl bir vitamin kokteyli olan balqabaq və yerkökü son dərəcə zəngin beta karotin qaynaqlarıdır. Bu xüsusiyyətlər onları “sizi gözəlləşdirən qidalar” siyahısında birinci yerə aparır. Balqabaq desertindən uzaq durun və bu yeməyi istifadə etməyin müxtəlif yollarını tapın, çünki şəkər dərinin əsas düşmənlərindən biridir. Sitrus meyvələri ilə zəngin pəhrizə əməl edin. Portağal, qreypfrut və limon C vitamininin zəngin qaynaqlarıdır və bu vitaminin dəri üçün faydalı olduğu çoxdan məlumdur.

Yeni araşdırma bu meyvələrin qabıqlarında olan d-limonen adlı maddəyə diqqət çəkir. Dərinin yaşlanmasını yavaşlatan və xüsusilə dəri xərçəngindən qoruyan d-limonendən faydalanmaq üçün portağal və ya sitrus qabığı ilə hazırlanmış şəkərsiz mürəbbələri istifadə etməyə çalışın və bu qabıqları meyvə salatlarınıza əlavə edin.

Yaşıl və qara çaydan faydalanın. Yaşıl çayın güclü dəri dostu olduğunu sübut edən çoxlu elmi araşdırmalar var.

 Kətan toxumunda olan Omeqa-6 yağ turşularının dəriniz üçün çox faydalı olduğunu unutmayın və bu dəyərli qidadan faydalanmağa çalışın. Salatlarınıza kətan toxumu əlavə etməyə çalışın.

Mənbə:hürriyyət 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et