
Musiqi doğulduğumuz andan həyatımızdadır... Analarımız bizi sakitləşdirmək və ya rahat yatmağımıza kömək etmək üçün laylalar oxuyur və bütün körpələr layla onları nəyə dəvət edirsə, ona əməl edirlər. Həyatımızın bu dövrlərindən biz musiqinin sakitlik və əmin-amanlıq üçün lazım olduğunu düşünürük. Bəs niyə sonrakı dövrlərimizdə kədər, qəzəb, məzəmmət və nifrət kimi başqa duyğuları gücləndirən musiqilərə qulaq asırıq?
Oksforddan iki akademik Adam J. Lonsdeyl və Adrian C. Nort 189 universitet tələbəsinin iştirak etdiyi araşdırma ilə bu suala cavab tapmağa çalışıb. Onlar açıq tipli suallardan ibarət sorğudan sonra bəzi nəticələr əldə ediblər. Şərh edilən tapıntılara görə, insanlar emosiyalarını dəstəkləyən və onları aktivləşdirən fəaliyyətlərlə dərindən maraqlanırlar.
Gündəlik həyatda bunun nə demək olduğu dəqiq bilinməsə də, hiss olaraq “özümdən nəsə tapdım” cümləsi ilə izahatlar verilir. Keçmişdə yaşadığımız bir hadisə yaxud da vəziyyətə cavab olaraq hiss etdiyimiz, arxa planda saxlanılan, şüurumuzda qeydə alınan duyğular musiqiyə qulaq asarkən sanki düyməyə basılmış kimi oyanır və aktivləşir. Musiqi ilə o yaddaş zamanı hiss etdiklərimiz ortaya çıxır. Yaddaşı paltar ipi ilə müqayisə etsək, o ipə mıxla asılan bir çox ünsürlər, məqamlar, məkanlar, insanlar, mərhələlər, proseslər, hadisələr zəncirləri, hətta o andaki qoxular belə musiqidə “əks olunur”.
Təbii ki, bu təzahür çox qısa bir zamanda, zərif şəkildə baş verir. Keçmiş hadisə və ya vəziyyət zamanı hiss etdiklərimiz digər təcrübələrlə birlikdə bizə fərqli təsirlər yaradır. Musiqi bizə emosiyaların möhtəşəm harmoniyasını yaşadır. Əgər o xatirə kədərin səbəbidirsə, biz dinlədiyimiz musiqi ilə daha çox kədərlənirik yaxud da daha çox narahat oluruq. Əgər o xatirə xoşbəxtlik səbəbidirsə, biz daha da şən, enerji və sevinclə dolu oluruq.
Lonsdale və Northun tapıntılarına görə, "Niyə musiqi dinləyirik?" sualına 95% hallarda "əhval-ruhiyyəni idarə etmək" cavabı verilir. İnsanlar əhval-ruhiyyələrini dəyişmək, müsbət emosiyalarını artırmaq və motivasiya almaq üçün musiqi dinləyirlər. İştirakçılar musiqinin onları sevindirdiyini, şən etdiyini, özlərini daha yaxşı hiss etdirdiyini bildiriblər. Biz öz duyğularımıza təsir etmək istədikdə musiqini yaşadığımız duyğuların dərəcəsini artırmaq və ya azaltmaq üçün bir vasitə kimi görürük. Musiqi istirahət və mənfi emosiyalarla mübarizə üsulu kimi də istifadə olunur.
"İş görərkən fon səs-küyü kimi musiqi dinləmək" cavab nisbəti 75% tapdı. Bundan əlavə, 60%-i musiqiyə “musiqili tədbirlərdə iştirak edərək”, 57%-i “ləzzət almaq üçün”, 40%-i “zehni yayındırmaq üçün”, 34%-i “keçmişi düşünmək vasitəsi kimi” və 25%-i isə “məsləhətçi kimi” dinləyir.
Musiqinin həyatımızda ikinci dərəcəli bir fəaliyyət kimi yeri var, hansısa işdə və ya gördüyümüz fəaliyyətdə bizi müşahidə edir.
Mənbə: zdergisi
Tərcümə etdi: Sevil Azər
