Belarusa gedən keçmiş polşalı hakim Tomaş Şmidt öz Telegram kanalında məxfi sənədi dərc etmək planları ilə bağlı zarafat etdiyini yazıb. Onun sözlərinə görə, o, Polşa qanunlarını pozmayıb.
“Bu, Varşavadan çıxardığım yeganə gizli sənədimdir”, - Şmidt yazıb. O, paylaşıma hərbi foto əlavə edib.
Şmidtin mayın 10-na keçən gecə hakimlik vəzifəsindən uzaqlaşdırıldığı öyrənilib.
Mayın əvvəlində Şmidt Belarusa gedərək siyasi sığınacaq istəyib. O, ölkəsinin hazırkı rəhbərliyinin siyasi kursu ilə razılaşmadığı üçün vətənində təqiblərə məruz qaldığını bildirib. Şmidt həyatının təhlükədə olduğuna inanır.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
