Bu gün:

"Pasientlər həkim tövsiyəsi olmadan dərman almasınlar"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı həkim-terapevt Nərminə Abbasovadır. O, öskürək barəsində danışıb.


Qışda və yazda öskürək yaranması halları kifayət qədər çox olur. Öskürəyə səbəb olan amillər nələrdir?

Ümumiyyətlə, ağciyər xəstəliklərinin başlanğıcında birbaşa yuxarı və aşağı tənəffüs sistemlərinin xəstəliklərindən söhbət gedir. Burda həm virus infeksiyaları, həm də infeksion xəstəliklərin fəsadları olaraq qurd invaziyalarından sonra ağciyər xəstəlikləri, ümumiyyətlə, ən çox inkişaf etmiş xəstəliklər sırasındadır. Öskürəyin keçmiş virus infeksion xəstəlikdən sonra qalıq əlaməti kimi ortaya çıxması mövcuddur. Bunun yazda və payızda çox olma səbəbi havanın soyuq olması ilə bir başa bağlıdır. Hava soyuq olan aylarda da, ümumiyyətlə, qış fəslindən sonra yaza təsadüf olması öskürəklərin çox olması, immunitetin aşağı düşməsi və soyuqdəymə halının təkrarlanması yaxud da infeksion xəstəliklərin təkrarının yayılmaları birbaşa səbəbdir. 

Virus xəstəlikdən sonra müalicə aparılmadıqda qalıq əlaməti kimi ortaya çıxan öskürəyin yaranma səbəbi boğazda faringitin əlaməti kimi də ola bilər. Faringit xəstəliyi yenə də yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəliyindən sonra təkrarlana biləcək xətəlikdir. Həmin faringitdən, soyuqdəymədən sonra müəyyən qıcıqlanmaların yaranması, quru öskürək şəklində ortaya çıxması, faringitin bir nəticəsidir. Bu öskürək bronxit əlaməti olaraq digər ağciyər xəstəliklərinin bir növü olaraq ortaya çıxa bilər. Yəni, simptom olaraq ortaya çıxa bilər, birbaşa ağciyər xəstəlikləri sırasında deyil, amma hansısa bir simptom olaraq ortaya çıxa bilər və allergik xəstəliklərin fəsadı da ola bilər. Əlavə olaraq, parazitar xəstəliklərin nəticəsi olaraq da düzgün müalicə aparılmadıqda belə öskürək kimi bir simptom ortaya çıxa bilir. Birmənalı olaraq deyə bilərik ki, öskürəyin ortaya çıxma səbəbi virus, infeksion, parazitar xəstəliklərinin nəticəsi və soyuqdəymə əlamətləridir. 

Sırf payızda-yazda olan xəstəliklər bir növü xroniki ağciyər xəstəliklərinin kəskinləşmiş forması kimidir, həmin fəsillərdə öskürəyin ortaya çıxması, təkrarlanması, kəskinləşməsi halı baş verə bilir. Ona görə sırf həmin aylarda, həmin fəsillərdə öskürəyin artması müşahidə olunur. Yəni, bir də pasientlərimizə mənim tövsiyəm odur ki, hər halda, hansı növ öskürək olsun, özlərindən müalicə etməsinlər, hər halda bütün pasientlərin özünün aidiyyatı olduqları bir sahə poliklinikalar, sahə həkimləri, terapevtləri var. Xəstəliyin ilkin başlanğıcında öz həkimlərinə müraciət etməli və uyğun dərman preparatlarının həkimlər tərəfindən yazılması çox məsləhətdir. Çünki, pasientlərin özləri-özlərinə qərar verib apteklərə yaxınlaşıb dərman almaları heç cürə tövsiyə olunmur. İstəyir xroniki hallarda, istəyir kəskin hallarda-heç fərqi yoxdur, həkim təyinatıyla dərman maddələri alsalar və qəbul etsələr, kəskin şəkildə ortaya çıxan heç bir xəstəlik, ümumiyyətlə, bütün xəstəliklər, sonra xroniki hala keçməz. Xroniki hala keçmədiyi halda da növbəti kəskinləşmələr fəsil dəyişikliyində aradan qalxar. O da xəstəliklərin inkişafının sayını azaldar. 

Tövsiyəmiz bundan ibarətdir-birbaşa özləri aptekdən heç vaxt dərman almağa yönlənməsinlər. Çünki, adicə öskürək vaxtı belə antibiotik almağa cəhd göstərən pasientlərimiz var. Bu da heç cürə doğru sayılan bir müalicə metodu deyil. Öskürəyin səbəbi araşdırılmadan, açıqlanmadan dərman qəbul etmək tövsiyə olunmur.


Gülay Qəribova

Paylaş
Şərh əlavə et