Bu gün:

Yaşıl alçanın faydaları


Yaşıl alça orqanizmdə müxtəlif sistemlərin işini dəstəkləyən təsirlərə malikdir. Bu meyvənin faydaları ilə maraqlananalar əvvəlcə onun tərkibindəki maddələrin bədənin hansı hissələrinə faydalı olduğunu öyrənməlidirlər.

A, C, K vitaminləri, fosfor və kalium kimi maddələrin olması yaşıl alçanın faydalı qida olmasına kömək edir. Bədəndə bir çox sistemin işləməsinə töhfə verən və fərqli hissələrin qorunmasında təsirlidir. 

Yaşıl alçada hansı qida maddələri var?

İnsan orqanizmi üçün bir çox faydası olan yaşıl alça məzmunca zəngin qidadır. Tərkibində A, C və K vitaminləri var. Yaşıl alçada kalium, maqnezium və fosfor mineralları, beta-karoten, lutein və zeaksantin kimi antioksidan birləşmələr də var. C vitamini yüksək olan yaşıl alça immunitet sisteminə müsbət təsir göstərir.

A vitamini dəri və göz sağlamlığında rol oynayan əhəmiyyətli bir vitamindir. Yaşıl alçaların tərkibində olan K vitamini və osmalit təzyiq və su balansının qorunması rolunu oynayır. Tərkibindəki maqnezium mineralı anti-stres kimi çıxış edir. Yaşıl gavalı sıx lif quruluşuna malik olduğundan həzm sisteminə müsbət təsir göstərən sağlam qidadır.

Yaşıl alçanın faydalarına nəzər saldıqda onların ürək, sümük və ağciyər sağlamlığına müxtəlif təsirlərinin olduğunu görürük. Bundan əlavə, təsirli bir antioksidant olması, dəmirin udulmasını dəstəkləməsi, qan şəkəri balansına qatqı təmin etməsi və çəki tarazlığı prosesini dəstəkləməsi baxımından çox təsirli bir meyvədir.

Ürək sağlamlığına təsiri

Bir porsiya yaşıl alça təxminən 157 mq kalium ehtiva edir. Tərkibindəki kalium ürək əzələlərinin işini tənzimləməyə kömək edir. Həm də təzyiqi aşağı salan və yüksək təzyiqin qarşısını almağa təsir göstərir. Yaşıl alça tərkibinin lifli olması ilə də pis xolesterinin azaldılmasında rol oynayır. Tərkibindəki zəngin C vitamini zədələnmiş damarların bərpasında təsirli rol oynayır. Bu məlumatlar işığında yaşıalça istifadə edərək ürək sağlamlığının qorunmasına dəstək vermək olar.


Mənbə: medicalpark

Tərcümə etdi: Nuray Mürsəlova


Paylaş
Şərh əlavə et