Bu gün:

Mənfi enerji bizə və sağlamlığımıza birbaşa təsir edirmi?


İnsanın gördükləri, eşitdikləri, başına gələnlər, yaşadığı travmalar-hər şey məlumatdır. Və məlumat enerjidir. Yaşadığımız müddətdə onlardan istifadə edirik.

Enerji birbaşa emosional və zehni vəziyyətlə bağlıdır. İnsan özü iə barışdığı, özünü sevdiyi və sevildiyi zaman müsbət enerji cəlb edir. Bu, həyatın faktıdır. Əks halda, mənfi enerjilərə məruz qalacaq və bu, insanın sağlamlığına mənfi təsir göstərəcək.

Misal üçün: Kimsə bizi əzmək istəyəndə, hərəkətləri, sözləri, hətta baxışları ilə bizə dəyərsiz olduğumuzu hiss etdirməyə çalışanda biz bunu qavrayırıq və belə hiss edirik. Çünki o mənfi enerjini qarşı tərəfdən alırıq.

Təəssüf ki, bu vəziyyət də enerji bədənimizdə bəzi pozulmalara səbəb olur. Ani tutulmalar tezliklər və titrəmələr baş verə bilər.

Bu cür emosional vəziyyətlərə məruz qaldığımız hər bir sahə toplanır və fiziki bədənimizi pisləşdirməyə başlayır.

Əvvəl ruh, sonra fiziki bədən xəstələnər

Xəstəlik əslində bədənin insana göndərdiyi bir mesajdır. Hər bir mənfi enerji, hətta məruz qalınan mənfi enerji sahələri bədənə toplanır və xəstəliklər yaradır. İnsanın zehni nə qədər sağlam və müsbət olarsa, bədəni bir o qədər sağlam və enerjili olar və insan bir o qədər az xəstə olar.

Mənfi təkliflər, birbaşa məruz qalınan neqativ hallar, yaşadığımız travmalar və pis düşüncələr də bədənimizə mənfi təsir göstərir: 

Bel və çiyin ağrısı: Səbəb sevgi, şəfqət və dəstəyin olmamasıdır. Kişi tərəfi dominant olan qadınlarda daha çox rast gəlinir.

Ayaq problemləri: Gələcəkdən qorxan və həyatda irəliləyə bilməyən insanlarda görülür.

Boyun sərtliyi: Fikirlərini dəyişməyən, boyun əyməyən, inadkar və gərgin əhval-ruhiyyədə olan insanların ümumi problemlərindən biridir.

İnsan mənfi enerji sahəsini bərpa etmədən bədəni müalicə etməyə çalışdığı zaman təəssüf ki, xəstəliyi bir müddət sonra geri qayıdır. Vahid şəfa üçün, müalicə ilə eyni vaxtda enerji sahəsindəki hər hansı bir izi aradan qaldırmaq lazımdır.

Mənfi enerji sahələri və nəzər

“Mənfi enerji” deyildikdə ilk ağıla gələn, pis gözdür. Pis göz mənfi düşüncə enerjisinin baxıb düşünərək maddəyə ötürülməsindən yaranan bir hadisədir. Düşüncə niyyətə müsbət və mənfi təsir göstərə bilər. Pis göz də elektrik və enerji vibrasiyasının bir növüdür. İnsanların olduğu yerdə intensiv enerji axını var və enerji axınları əhvala və duyğulara təsir edir. Düşüncələr elektriklə yükləndiyindən kosmosda bulud şəklində mənfilik qoyur.

Bir yerdə yaşanan pis bir telefon zəngi, qızğın mübahisə, kədər və ya depressiya orada iz buraxır. Bu, elektrik yüküdür və dalğalar şəklində yayılır. Divarlar, tavanlar və mebel bu siqnalları qəbul edir. Deyək ki, ailəni ziyarət etməyə getdik. Biz gəlməmişdən əvvəl evdə mübahisə olubsa, bu bizə də təsir edir. Çünki emosiyalar havada ağır elektrik yükü buraxır.

Evdə çoxlu əşyaların olması da enerjiyə mənfi təsir edir. Atılması lazım olan əşyalar enerjini sıxır.

Xoşbəxt bir həyat üçün mənfi enerjilərdən mümkün qədər uzaq olun.

Mənbə: Sabah

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et