Bu gün:

Toxunma qorxusu - Haptofobiya


Haptophobia, insanın şəxsi məkanını qorumaq üçün digər insanlara, xüsusən də yadlara toxunmaq və ünsiyyət qurmaq istəməməsidir.

Müasir dövrdə meqapolis sakinləri üçün toxunma qorxusu mədəniyyətin demək olar ki, bir hissəsidir. Etik qaydalar insanlar arasında və xüsusən də yad insanlarla fiziki təmasların minimuma endirilməsini təmin edir. Ancaq toxunmaqdan yaranan qorxu, uşaqlıqdan, uşaq və valideynlər arasındakı münasibətdən qaynaqlanır.

Bəzən haptofobi yalnız qarşı cinsdən olan bir insana toxunma qorxusu ilə məhdudlaşır. Buna bir insanın başqalarına inamsızlığı da səbəb ola bilər. Bu vəziyyətdə problem çox güman ki, uşaqlıqdan başlayıb. 

Toxunma qorxusunun bir neçə adı var. Bunlar: aftobiya, haptofobiya, hafobiya, tiksofobiya, hapnofobiya. Bütün bu təriflərin arxasında toxunma qorxusu var. 

Qeyd etmək lazımdır ki, digər insanların toxunma qorxusu da haptofobiya, thixofobiya, aphefobiya, hipnofobiya və s. adlanır. Bu fobiya obsesif-kompulsif bozuklukla baş verir. Onun təzahürü qorxu şəklində tapır, özü də toxunma aparan çirklənməni daşıyır.

Fobiya səbəbləri

Fobiyanın fərqli yaranma yaranma səbəbləri ola bilər. Bunlara misal olaraq ailəiçi şiddət, şahidi olduğumuz hansısa bədbəxt bir hadisə, səbəbkarı olduğumuz hansısa xoşagəlməz hal, biyabır olduğumuz hansısa vəziyyət və s.

Ümumiyyətlə hər bir fobiyanın arxasında böyük bir travma dayanır. Əksər hallarda insanlar bu travmanın fərqinə belə varmırlar. Çünki məsələn şüuraltı olaraq insan hansısa pis bir hadisəni yadda saxlayır və bu həmin insanın həyatına fobiya olaraq qayıdır. Bu travmaları araşdırmaq üçün isə psixoloji müdaxilələr mütləqdir.

Qorxudan necə qurtulmaq olar?

Fobiyadan ancaq bir mütəxəssisin yardımıyla qurtula bilərsiniz. Yuxarıda da qeyd etdiyimiz kimi hər bir qorxunun təməli var və bu təməli ancaq mütəxəssis anlaya və aradan qaldıra bilər. Fobiyaları görməzdən gəlməyə çalışmayın. Mütləq peşəkar bir yardım almağa çalışın. Çünki psixoloji sarsıntılar insan psixologiyasına ağır təsirlərini göstərə bilir. Bu da zehni xəstəliklərə (alzaymer, paranoya və s.) yol aça bilər. 

Əlavə olaraq isə, əgər müalicə almağa və bu fobiyadan qurtulmağa qərar almısınızsa o zaman çətin bir yol sizi gözləyir. Çünki sizdə bu fobiyaya səbəb olan məqamı, hadisəni yenidən düşünməli, ifadə etməli olacaqsınız. Bir şeyi müalicə etmək üçün o «yaranı» açıb baxmaq mütləqdir. Bu səbəbdən psixoloji baxımdan güclü olmalısınız. 

Mənbə: epsikolog.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et