Bu gün:

Tayvanın yeni prezidenti Çinə müraciət edib


Tayvanın yeni prezidenti and içdikdən sonra ilk çıxışında Çini “siyasi və hərbi hədə-qorxularına son qoymağa” çağırıb.

Tayvanın yeni prezidenti Çini "siyasi və hərbi təhdidlərini dayandırmağa" çağırır.
Lai Çinq-te and içdikdən sonra ilk dəfə çıxış edib.

Yeni prezident tayvanlılara “xarici qüvvələrin” təsirinə müqavimət göstərdiklərinə görə təşəkkür edib və xalqı əmin edib ki, onun hökuməti Formosa boğazının hər iki tərəfində “status-kvonu” saxlamağa çalışacaq.

Sələfi Tsai İnq-ven kimi Lai Çinq-te də Demokratik Tərəqqi Partiyasının (DPP) üzvüdür və onun da hərbi xərcləri artıracağı, Tayvanın aparıcı silah təchizatçısı kimi ABŞ ilə əlaqələrini gücləndirəcəyi gözlənilir.

Mənbə: euronews

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et