Bu gün:

Mahnılar niyə dilimizdə ilişib qalır?


Musiqidən söz açdıqda, cəlbedici və bezdirici arasında incə bir xətt var. Bəzən, hətta tək bir mahnı lirikası günlərlə insanın beynində qala və ağlını tərk etməkdən imtina edə bilər. Xalq arasında qulaq qurdu kimi tanınan bu söz elmdə "Məcburi musiqili görüntü və ya sıxılmış mahnı sindromu adlanır".

Bu, şəxsi problem deyil, olduqca yaygın bir fenomendir: Cincinnati Universitetinin marketinq professoru James J.Kellaris tərəfindən aparılan araşdırmaya görə, insanların təxminən 98%-i ən azı qulaq qurdu adlanan bu fenomeni yaşayıb. Qulaq qurdlarına yoluxma dərəcələrində cinslər arasında əhəmiyyətli fərq müşahidə edilməyib. Lakin qadınlar üçün mahnının qiraət müddəti, ümumiyyətlə, daha uzun olur və mahnının şüurda yaratdığı narahatlıq hissi daha şiddətlidir.

Qulaq qurdları həm müsbət, həm də mənfi emosiyalar ehtiva edən mahnılardan yarana bilər. Lakin dilimizə ilişməyən mahnılarla müqayisədə, nisbətən daha optimist sözlər ehtiva edir və yüksək tempə malikdir. 

Qulaq qurdlarının sözlərlə əlaqəli olduğuna dair güclü dəlillər də var: Araşdırmalar göstərdi ki, sözləri olan mahnılar qulaq qurdlarının 73,7%-nə, kommersiya musiqisi 18,6%-nə, musiqi mahnıları isə yalnız 7,7%-nə səbəb olur. Amerika Psixoloji Dərnəyi tərəfindən 2020-ci ildə nəşr olunan bir araşdırmada, ən çox qulaq qurdlarına çevrilən ingilis mahnıları aşağıdakı kimi verilib:

Bad Romance - Lady Gaga

Can't Get You Out of My Head - Kylie Minogue

Don't Stop Believin' - Journey

Somebody That I Used to Know - Gotye

Moves like Jagger - Maroon 5

California Gurls - Katy Perry

Bohemian Rhapsody - Queen

Alejandro - Lady Gaga

Poker Face - Lady Gaga

Qulaq qurdları təkcə mahnı eşitməklə deyil, həm də yaddaş, əhval-ruhiyyə, stress və hətta cansıxıcılıqdan da əmələ gəlir. 

İnsan bir mahnını başından necə çıxara bilər?

İnsanın bir mahnını başından çıxarması tamamilə onun bacarığından asılıdır. Təəssüf ki, elm tərəfində hələ də qulaq qurdlarının təsdiqlənmiş müalicəsi yoxdur. Amma bu o demək deyil ki, insan onlarla mübarizə aparmaq üçün uğurlu üsul tapa bilməyəcək. Bu mövzuda özünü aciz hiss edənlərə kömək etməyə həsr etmiş bir neçə alim və tədqiqatçı kömək edə biləcək bir neçə üsul təklif edir:

O mahnını başdan sona dinləmək

Mahnının tapılması və aradan qaldırılması

Başqa mahnıya dəyişmək

Saqqız çeynəmək

Reading Universitetində aparılan bir araşdırma, saqqız çeynəməyin beynin eşitmə emal mərkəzlərinə müdaxilə edərək dairəvi düşüncələrdən uzaqlaşmağa kömək etdiyini aşkar edib. Araşdırmanın həmmüəllifi Dr.Philip Beaman hesab edir ki, saqqız çeynəmək qulaq qurdlarından xilas olmaq üçün olduqca yaxşı bir yoldur, çünki bu, qısamüddətli yaddaşınıza və eşitmə sisteminizə təsir edir.

Diqqətini yayındırmaq

Nəticə

İnsanın bütün səylərinə baxmayaraq, mahnı beynindən silinə bilmirsə, edə biləcəyi çox şey yoxdur. Gözləməkdən və həyata davam etməkdən başqa çarənin olmadığını qəbul edə bilmək olar. Qulaq qurdu insana zərər verə bilməz və bir müddət sonra insanın ağlını öz başına tərk edər.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et