
Magnesia ad Maeandrum, yəni Menderes Magnesia, Aydın vilayətinin Germencik rayonunda yerləşir. O, həmçinin 50 min nəfər tutumlu antik dünyanın və Anadolunun ən böyük stadionlarından birinə ev sahibliyi edir.
Bu stadionda, o dövrdə keçirilən şənliklərin də bir hissəsi olan idman oyunları, atçılıq və at yarışları keçirilirdi. Məlum oldu ki, indiki stadionlarda da tətbiq olunan kombinə bilet sistemi, loja və baş tribuna kimi təcrübələr burada da mövcud olub. Podiumun divarlarındakı relyeflər də bu stadionu digər stadionlardan fərqləndirir və onu daha da xüsusi edir. Stadionun uzunluğu təxminən 190 metrdir.
Mənbə: antik dunyalar
Tərcümə etdi: Türkan Kərimli
