Bu gün:

Beqemotların südü hansı rəngdədir?


Beqemotlar quruda yaşayan ən böyük heyvanlardan biridir.Onların elmi adı Hippopotamos "çay atı" deməkdir. Durğun və ya yavaş axan çayların və göllərin olduğu ərazilərdə yaşayırlar. Onlar vaxtlarının çoxunu suda keçirirlər. Begemotlar maraqlı bədən quruluşları ilə yanaşı, südlərinin rəngi ilə də diqqət çəkirlər. Begemotların südü çəhrayı rəngdədir. Bunun səbəbi, begemotların hiposudor turşusu və noripposudor turşusu ifraz etməsidir. Qırmızı hipposudor turşusu və parlaq narıncı noripposudor turşusu begemotların dərisini günəş işığından və müxtəlif bakteriyalardan qoruyur. Bundan əlavə, bu turşular begemot südü ilə qarışdığı üçün ağ südü çəhrayı rəngə çevirir.


Mənbə:bilimgenc.tubitak.gov


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et