Bu gün:

Qliserin nədir?


Qliserin şirin suda həll oluna bilən rəngsiz, qoxusuz, qalın konsistensiyalı mayedir. Təbii məhsul olduğu üçün dəriyə qulluq vasitələrindən tutmuş dərman və qidalara qədər hər sahədə istifadə olunur. Heyvan və ya bitki mənşəli istehsal oluna bilən bu birləşmə, nəm saxlayan və antiseptik xüsusiyyətləri sayəsində sabun, damcı, krem, şərbət və süpozituar kimi bir çox sahədə istifadə olunur. Qida məhsullarına konservant və dadlandırıcı kimi əlavə edilir. Dərmanlara köməkçi maddə kimi əlavə olunur. Qəbizlik üçün istifadə edilən süpozituarların təsirini artırır. Həm şirinləşdirici, həm də rahatlaşdırıcı təsirinə görə öskürək siroplarında üstünlük verilir.


Təmizləyici məhsullarda ləkə təmizləyici kimi də istifadə olunur. Sabun və şam istehsalında üstünlük verilir. Elektron siqaretlərdə maye nikotin mayenin tərkibində şirinləşdirici ləzzətlər kimi maddələrlə birlikdə olur. Bu məqsədlə istifadə edilən digər maddələr arasında ən etibarlı və zərərsiz olanlarındandır. Güllərin qurudulmasında, boya və tikinti məmulatlarının istehsalında istifadə olunur.


Gliserinin istifadəsi:

Kosmetik məhsullarda;

Ətirli maddə, saça qulluq kremi, nəmləndirici krem və ya losyon, üz yuma üçün gellər və köpüklər, dəri qoruyucu krem və məlhəm, günəş kremləri və süd, ətirlər və spreylər, şampunlar və sabunlar, dırnaqlara qulluq yağları və kremlər, saç kondisionerləri, dodaq boyası, göz layneri kimi makiyaj məhsulları, dodaq qoruyucusu kimi formulalarda müxtəlif məqsədlər üçün üstünlük verilir.

Digər qeyri-kosmetik məhsullarda;

Nəmləndirici göz damcılarında, göz yuma məhlullarında və şampunlarda, şərbətlərdə, ağız baxımı məhsullarında (ağız qarqara, diş pastası) fitillərdə, ultrasəs gelinin istehsalında, yaş salfetlərdə.

Qliserinin dəri üçün faydaları nələrdir?

Qliserin dərini nəm saxlamaq və incə xəttlər, uzanma izləri və quruluq kimi şikayətləri aradan qaldırmaq üçün kremlərdə, losyonlarda və bir çox başqa formalarda istifadə olunur. Qliserinin dəri üçün əsas faydaları bunlardır:

Dərini yumşaldır və nəmlə doymasını təmin edir.

Dərinin solğun görünüşünü aradan qaldırır və dəriyə parlaqlıq verir.

Dərinin qıcıqlanması, qızartı və quruluğunun aradan qaldırılmasında faydalıdır.

Dərini mantar infeksiyalarından qoruyur.

Yaşlanma nəticəsində yaranan incə xətt və qırışların görünüşünü azaldır.

Sürətli çəki artımı və ya itkisi nəticəsində dəridə yaranan uzanma izləri üçün istifadə edilə bilər.

Dərini qidalandırır və yeni hüceyrə əmələ gəlməsini stimullaşdıraraq mat görünüşü aradan qaldırır. Dəriyə daha təravətli və gənc görünüş bəxş edir.

Dabanlarda quruluqdan yaranan çatları yumşaltmaq üçün faydalıdır. Gecə yatarkən daban nahiyəsinə səxavətlə tətbiq etsəniz və corab geyinsəniz, çatlar qısa müddətdə bağlanacaq.


Qliserinin saç üçün faydaları nələrdir? Necə istifadə etməli?

Nəmləndirici və qidalandırıcı xüsusiyyətlərinə görə də qliserinə üstünlük vermək olar. Əgər qliserin saçın kökünə vurularsa, saç köklərini qidalandırır, quruluğun və soyulmanın qarşısını alır. Saçların daha sürətli və sağlam uzanmasına kömək edir. Saçları daha parlaq və dolğun edir. Nəm saçlara tətbiq olunduqda, saçların qırılmalarını aradan qaldırır və saçları gücləndirir, bərpa edir.


Mənbə: Milliyet 

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et