Çiyələk rosaceae fəsiləsinin iyirmidən çox növü olan bir bitkidir. Bu növlər arasında ən çox tanınan və çox işlədilən bağ çiyələyidir. Çiyələkdə bol miqdarda kalsium, fosfor, dəmir və A, B və C vitaminləri var.

Qısa müddətdə meyvə verdiyi və çoxalması asan olan bir meyvədir: Çiyələk həm təzə, həm də mürəbbə, qatıq, desert və ya meyvə kimi işlənmiş formada istehlak edilən meyvələr arasındadır. Tərkibində sağlamlıq üçün zəruri olan minerallar, C vitamini və folat kimi mikroelementlər və fitokimyəvi komponentlər var.
Çiyələk tərkibindəki fitokimyəvi maddələrlə sağlamlığa müsbət təsir göstərən, xüsusilə yaxşı bir C vitamini qaynağı olan və antioksidant xüsusiyyətlərə malik bir meyvədir. Tərkibindəki fitokimyəvi maddələr xərçəng əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Çiyələkdə olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Çiyələk bol fol turşusu olan bir meyvədir. Tərkibindəki fol turşusu sayəsində çiyələk istehlakı infeksiyaların qarşısını alır, ürək-damar sağlamlığını dəstəkləyir və xəstəliklərin qarşısını alır. Çiyələk tərkibindəki antosiyanin ilə orqanizmdə insulin ifrazını dəstəkləyir və qan şəkərini tənzimləyir. Hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəngin qarşısını alır və orqanizmi virusla əlaqəli xəstəliklərdən qoruyur.
Antioksidantların mənbəyi: Antioksidantlar hüceyrələri mümkün zərərdən qoruyur. Çiyələk çoxlu antioksidant ehtiva edən bir meyvədir.
Tərkibindəki antioksidantlar sayəsində çiyələk orqanizmdə meydana gələ biləcək hüceyrə zədələnməsinin qarşısını alır və xəstəliklərin yaranmasının qarşısını alır.Təbii Antimikrob: Antimikroblar mikrobların əmələ gəlməsinin qarşısını alan və orqanizmdə mövcud olan mikrobların aradan qaldırılmasını təmin edən kimyəvi maddələrdir. Çiyələk mikroblara qarşı təbii mənbədir.
Çiyələk bu xüsusiyyəti ilə orqanizmdə bakterial xəstəliklərin yaranmasının qarşısını alır və mövcud xəstəliklərin müalicəsində təsirli olur. Beyin Sağlamlığını Dəstəkləyir: Yaşla beyin zehni itiliyinin bir hissəsini itirir. Çiyələk istehlakı, tərkibindəki antioksidanlar sayəsində bilişsel geriləmənin qarşısını alır, beynin düşünmə və emal qabiliyyətini qoruyur, yaddaşı dəstəkləyir və Alzheimer xəstəliyinin qarşısını alır.
Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova
