Bu gün:

Rəqs etmək epidemiyası


1574-cü ildə Axen şəhərinin (Almaniya) sakinləri evlərindən küçələrə tökülüb saatlarla rəqs etməyə məcbur edən epidemiyaya məruz qaldılar. Bu ilk böyük rəqs epidemiyası bir neçə il ərzində Avropanın əksər hissələrinə yayıldı.

Orta əsrlərdə kilsə rəqqasların şeytan tərəfindən ələ keçirildiyinə və ya bir müqəddəs tərəfindən lənətləndiyinə inanırdılar çovdarda böyüyən, hallüsinasiyalara səbəb olan bir göbələk. Lakin bu iddia təsdiqlənməmişdir, çünki epidemiyalar yalnız çovdar yeyən insanlarda və ya göbələklərin əmələ gəldiyi yağışlı vaxtlarda baş verməmişdir . Tarixçilər və elm adamları uzun müddət bu epidemiyanın səbəblərini axtardılar, lakin məntiqi izahat tapa bilmədilər.

Bu epidemiyanın psixi pozğunluq olduğunu qəbul edən bir çox mütəxəssis var. Bundan əlavə, onun kütləvi şəkildə genişlənməsinin arxasında mədəni hadisənin dayandığına inanılır.
İddialara görə, rəqqasələr güclü psixoloji təzyiq altında olublar və bu stress səbəbindən uzun müddət rəqs etmək üçün lazım olan trans vəziyyətinə girə biliblər.
Səbəb nə olursa olsun, rəqsin epidemiyaya çevrilməsi və yüzlərlə insana təsir etməsi həqiqətən maraqlı deyilmi?


Mənbə: Evrimagacıofficial.

Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et